Azərbaycanca

Əbülfəs Qarayev: Dağlıq Qarabağda qanunsuz turizm layihələrinin həyata keçirilməsi ciddi müzakirə olunacaq

16.04.2015 | 14:03

qarayev_rifai_qorush_160415_05

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz turizm layihələrinin həyata keçirilməsi məsələsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdiyi görüşdə müzakirə edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, İspaniyanın paytaxtı Madrid şəhərinə səfəri çərçivəsində T.Rifai ilə görüşən Ə.Qarayev ona Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlığını bildirib.

Nazir deyib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.

Görüşdə bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib. Keçiriləcək sessiyanın qaydaları, tərəfdaşlıq məsələləri, Azərbaycanın beynəlxalq layihələrdə iştirakı da söhbət zamanı diqqət mərkəzində olub.

Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Hökuməti arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.

Xatırladaq ki, sammitin ilk günü mədəniyyət və turizm naziri BMT ÜTT tərəfindən təşkil olunan, dünyanın turizm nazirləri və qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında “dəyirmi masa” formatında görüşdə iştirak edib. O, ölkəmizin turizm imkanları, Ümumdünya Turizm Təşkilatına üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda çıxış edib.

Trend.az

16.04.2015 14:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*