Azərbaycanca

Əfqanıstan səfiri: “Heç kəs şübhə etmir ki, Azərbaycan əraziləri işğal edilib”

18.06.2015 | 21:59

muhammed_tagi_xalil_180615

Əfqanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

Onun sözlərinə görə, bu faciənin başlanğıcından etibarən tamamilə aydın idi ki, bu, aşkar təcavüzdür: “Bir tərəfdən təcavüzkarı, digər tərəfdən isə müdafiə olunanı görürük. Fikrimcə, heç kəs şübhə etmir ki, Azərbaycan əraziləri işğal edilib”.

Səfir qeyd edib ki, Azərbaycan hərbi imkanlarına baxmayaraq, münaqişənin sülh yolu ilə həllini seçib: “Əfqanıstan Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və Əfqanıstanın mövqeyi dəyişməzdir”.

Trend.az

18.06.2015 21:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*