Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərini ziyarət edib.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi məlumata görə, bu barədə Ə.Davudoğlu “Twitter” səhifəsində yazıb.
“Ermənistanın atəşkəsi pozması nəticəsində yaralanan və müalicə üçün Türkiyəyə gətirilən Azərbaycan əsgərlərimizi ziyarət etdim. Qonağımız olan Elvin Əsgərov və Sərxan Tahirova tezliklə sağalmalarını arzu edirəm”, – deyə Ə.Davudoğlu öz səhifəsində qeyd edib.
“KarabakhİNFO.com”