Azərbaycanca

“Əkrəm Əylisli ya ruhi xəstədir, ya da xalqın düşmənidir”

13.02.2013 | 17:56

1360763705_1355696919_malmo-10Əsəd Kiani“Bu əsər erməni diasporu, eləcə də onların hakim qüvvələrinin əllərinə düşmüş böyük bəhanədir”

 

Əkrəm Əylislinin məlum əsəri həm dövlətimizin, həm də diasporumuzun Azərbaycan həqiqətlərinin təbliği istiqamətində apardığı işlərə mənfi təsir göstərə bilər. Bu üzdən ölkə daxilində olduğu kimi, diasporumuzda da bu əsərə görə ciddi narahatlıq var. Buna görə diasporumuz Ə.Əylislini bu əsəri yazdığına görə qınayır. İsveçdə fəaliyyət göstərən  “Xəzər” cəmiyyətinin üzvü, aktiv diasporçu Əsəd Kiani də “KarabakhİNFO.com”ya müsahibəsində bu haqda danışıb

– Ə.Əylisilinin əsəri diaspor olaraq sizi nə dərəcədə narahat edir? 


– Ürək ağrısı ilə demək lazımdır ki, bu əsərin belə bir şəraitdə ortalığa çıxması xaricdə yaşayan həmvətənlərimizi narahat etməyə bilməz. Bu mövzu Azərbaycanın daxilində olduğu kimi xaricində də yaşayan həmyerlilərimiz arasında böyük mübahisə mövzusuna səbəb olub. Belə ki əsəri alqışlayaraq onu vicdan və söz azadlığı kimi qələmə verənlər də  var, bu əsəri milli düşüncəmizin və qeyrətimizin ləkələnməsi kimi qəbul edənlər də. Söhbətlər arasında hətta bu əsərin doğru olmasi barədə də fikirlər var və onlar belə düşünurlər ki, kitabda qeyd olunduğu kimi biz azərbayanlılar, xüsusilə də qərbi azərbaycanlılar vəhşi millətik və bizim haqqımızda nə desələr azdır. Bu fikri daşıyan “kosmopolitlər” nə yaxşı ki, azləq təşkil edirlər, lakin olmaları da danılmazdır.

– Bu əsərin yaratdığı rezonans erməni terrorunun ifşası istiqamətdə apardığınız işlərə hansı mənfi təsir göstərir?

– Azərbaycan diasporu illər boyu xaricdə vətənimizin həqiqətlərini və ermənilərin Azərbaycana və türk dünyasına qarşı apardığı çirkli siyasəti və Azərbaycan xalqına qarşı etdiyi cinayətlər barədə daim geniş məlumat yayır və bu işdə yorulmadan bütün qüvvələrini səfərbər edirlər. Belə bir əsərin yazılması təbii ki, bizim milli ideyalarımız uğrunda apardığımız təbliğatlarda və fəaliyətlərimizdə də mənfi təsir yarada bilər. Hər kəsə məlumdur ki, ermənilər kiçik bir hədəfi də böyüdərək onu öz siyasətlərinə sərf edəcək tərzdə dünya ictimaiyyətinə çatdırmaqda ustadırlar.

Ə.Əylislinin əsərindəki personajı, bir əsər olsa da, açıqcasına, heç inkar etmədən Azərbaycan millətinin sanki vəhşi və barbar olmasını sübut etməyə çalışır. Bir isveçli bu əsəri oxusa ilk düşünəcəyi fikrin nə olduğunu anlamaq o qədər də çətin deyil. İlk növbədə yaranacaq sual: ”Bəs, siz deyirsiz ki, soyqırıma, milli təcavüzə uğramısınız. Halbuki xalq yazıçınız sizin başqa simaya malik olduğunuzu açıq şəkildə necə qələmə ala bilər?”.

– Oradakı ermənilərdən bununla bağli sizə hər hansı fikir bildirən olubmu?  


– Təbii ki, bu əsər  erməni diasporu, eləcə də onların hakim qüvvələrinin əllərinə düşmüş böyük bəhanədir. Əsər beş il bundan əvvəl yazılmasına baxmayaraq nədənsə məhz indi, münasibətlərin gərgin bir həddə çatdığı və hər iki ölkədə prezident seçkilərinin keçiriləcəyi ilə təsadüf etməsi böyük bir sual doğurur. Əcaba, Əylisli hansı dinə, məzhəbə qulluq edir?

Bu əsərdən sonra sanki əlimizdəki çəkici vermişik ermənilərin əlinə və deyirik ki vurun başımıza.

Həm  bir azərbaycanlı, həm xaricdə diaspor işində daim çalışan bir şəxs olaraq Ə.Əylislinin bu hərəkətini pisləyirəm. O, xalq yazıçısına yaraşmayan, milli təfəkkürümüzə xələl gətirən, xalqımızı, millətimizi aşağılayan bir əsəri ilə nəinki özünü, eləcə də bütün Azərbaycan xalqını düşmən qınağına çevirdi.

– Sizcə, belə bir əsər yazan adam  ”Xalq yazıçısı” adına layiq idimi?

 

– Bir xalq yazıçısı xalqın yazarı olmalıdır. Bu ad ona görə Əkrəmə verilib. Xalqını təmsil etmək, onun fikirlərini, acısını, ağrısını, sevincini bədii dildə qələmə gətirmək onun əsas missiyasıdır. Əgər bunu bacarmırsa, demək o ada layiq deyil.

Əylisli müsahibələrinin birində söz azadlığından danışaraq bu məsələyə onun gözu ilə baxılmasını xahiş edir. Lakin məncə söz azadlığını, vicdan azadlığını bu məsələyə qatmaq doğru deyil. Bir azərbaycanlı olaraq öz millətinin əleyhinə danışmaq söz azadlığı deyil… ya bu adam ruhi xəstədir, ya da xalqın düşmənidir. Xəstədirsə, müalicə olunmalıdır, xalqın düşmənidirsə elə bu adla da elan olunmalıdır. Hesab edirəm ki, xalqın milli mənafeyini qorumağı bacarmayan yazıçı, şair və kim olursa olsun ən azı pasportunda azərbaycanlı millətinin adını daşımamalıdır.

Millətini xar edərək, millətinə ittihamlar vuraraq sonra da sözdə ”söz azadlığının” arxasında gizlənmək heç bir kodeksə yaramır…

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

 

13.02.2013 17:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*