Azərbaycanca

Əli Həsənov: “Azərbaycan Qərbin Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinədir”

12.02.2015 | 11:35

trend_ali_hasanov_prz_ap_main“Azərbaycan münaqişələrin hərbi yolla həllinin əleyhinə çıxış edir. Biz buna əminik ki, müasir dünyada münaqişələrin tənzimlənməsi üçün daha əhəmiyyətli alətlər var”

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı Trend-ə istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Financial Times”-a müsahibəsində deyib.

 

 

PA rəsmisinin sözlərinə görə, Azərbaycan daxili siyasətində Qərblə Rusiya arasında neytral mövqe tutur. Lakin Azərbaycan ötən il BMT-də Krımın RF-yə birləşdirilməsinin əleyhinə səs verib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.

 

 

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Qərb ölkələri hökumətlərinin Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı məsələsində analoji mövqe tutmadıqlarından məyusdur: “Biz Qərbin bu problemə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinəyik. Bir münaqişədə Qərb “separatçılar” terminini işlədir, digərində yox”.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

12.02.2015 11:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*