Azərbaycanca

Əlibəylidə döyüş gedir: yaralılar var – YENİLƏNİR

25.07.2014 | 18:49

doyus

Tovuz rayon Mərkəzi xəstəxanasından aldığımız son məlumata görə, Əlibəyli kəndində güllə yarası alan 1997-ci il təvəllüdlü Fərid Məmmədov Nəbi oğludur.

“Güllə onun burun nahiyyəsindən girərək çənəsində dayanıb. Fəridin əməliyyat edilməsi üçün Səhiyyə nazirliyinin mütəxəssisləri ilə danışıqlar gedir. Fərid özünü yaxşı hiss edir. Anya Ələsgərova isə çox böyük ehtimalla güllə yarası almayıb. O, yıxılaraq bir az əzilib”, – deyə xəstəxanadan bildiriblər.

23.14

Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradovdan aldığımız məlumata görə, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır.

“Güllə onun boyun nahiyyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir”, – deyə baş həkim bildirib.

22.52

Tovuz rayonunun Əlibəyli kəndində döyüş gedir.

ANS PRESS-in məlumatına görə, ermənilərin aramsız açdıqları atəş nəticəsində 2 kənd sakininin yaralandığı deyilir.

Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir.

Bu haqda informasiyanı Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova deyib.

Onun sözlərinə görə, hazırda kənddə vəziyyət çox gərgindir. “Əməlli-başlı döyüş gedir. 2 nəfər yaralanıb. Onlardan biri uşaqdır. Hərbi maşınların köməyilə uşaq Tovuz rayon xəstəxanasına aparılıb. Digər yaralı isə təqribən 50 yaşında olan Anya Ələsgərovadır. Uşağın kimliyi haqda isə hələlik məlumat yoxdur, ancaq onun 5-6 yaşda olduğu deyilir”, – deyə Minayə İsmayılova bildirib.

Son anda alınan məlumata görə atəş dayandırılıb.

“KarabakhİNFO.com”

25.07.2014 18:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*