Azərbaycanca

Ərdoğan Sarkisyana tarixi jest etdi

16.01.2015 | 14:26

erdosefer

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə dəvət edib.

 

 

Hafta.az-ın Hürriyyət.com-a istinadən verdiyi xəbərə görə, Ərdoğan Sarkisyanla yanaşı, yüzdən çox dövlət rəsmisinə Çanaqqala Zəfər bayramında iştirak üçün xüsusi dəvət göndərib.

 

 

Yanvarın 15-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin xüsusi təmtəraqla qeyd ediləcəyini açıqlayıb.

 

 

Qeyd edək ki, Ermənistan rəhbəri Serj Sarkisyan da ötən ilin oktyabrında Ərdoğana bu tipli “dəvət” göndərib. O, Türkiyə Prezidentini İrəvanda düzənlənəcək qondarma soyqırımının “100 illiyi” abidəsinin açılışına çağıran “dəvətnamə” yollayıb. Ekspertlər isə bu dəvəti 3 ay sonra Ərdoğanın Sarkisyana əsl diplomatik jest cavabı kimi qiymətləndirirlər.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

16.01.2015 14:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*