Azərbaycanca

“Əsgərlərimizin şəhid olması ilə bağlı matəm elan olunmalıdır”

01.08.2014 | 13:08

 

1İyulun31-dən avqustun 1-nə keçən gecə ermənilər cəbhənin müxtəlif istiqamətlərindən atəşkəsi pozublar. Ermənilər Azərbaycan ərazisinə daxil olmaq istəyiblər. Milli ordunun hərbiçiləri düşmənin bu istəyinə qarşı çıxıb. Baş verən atışma nəticəsində Azərbaycan ordusunun 8 hərbiçisi şəhid olub, 4 nəfər isə yaralanıb.

 

 

Əsgərlərin şəhid olması ölkə ictimaiyyətini narahat edir. Hər kəs hüzn içərisindədir.

 
musa-qasimliMillət vəkili Musa Qasımlı “KarabakhİNFO.com” beynəlxalq elekton jurnalına açıqlamasında bildirdi ki, Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqının başı sağ olsun: “Şəhid olan cavanların hər biri bizim balamızdır. Və onlar vətən yolunda canlarını fəda etdilər. Bu hadisə gələcəkdə bizim hansı işləri görəcəyimizi göstərir. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan ordusu bu intiqamı onlardan alacaq”.
Millət vəkili xüsusi olaraq qeyd etdi ki, Azərbaycan xalqı bilməlidir ki, torpaq uğrunda şəhid olanların qanı yerdə qalmayacaq. Torpaqlarımız işğaldan azad olunacaq.

 

 
Melahet_İbrahimqiziMillət vəkili Məlahət İbrahimqızı baş vermiş hadisədən üzgün olduğunu dedi. O bizimlə söhbətində qeyd etdi ki, xəbəri eşidən zaman xeyli kövrəlib. Xanım millət vəkilinin sözlərinə görə, erməni təcavüzkarları tərəfindən atəşkas pozulubdur. Sərhəd bölgəsində yaşayan dinc əhali narahatlıq içərisindədir. Yaxın zamanlarda Milli Ordu erməni ordusuna lazım olan cavabı verəcək. Və işğal altında olan torpaqlarımızı da azad edəcəyik.

 

 
M.İbrahimqızı hesab edir ki, əsgərlərimizin şəhid olması ilə bağlı matəm elan olunmalıdır.

Azərbaycan xalqının başı sağ olsun.

 
Günel Cəlil
“KarabakhİNFO.com”

01.08.2014 13:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*