Azərbaycanca

Оksana Khe Sun Dia: “Azərbaycan xalqının öz gələcəyinə güclü inamı var”

08.10.2014 | 16:04

IMG_3870Bu günlərdə “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının qonağı prodüser, rejissor, texniki xidmət, nəzarət, təlim və xidmətlə məşğul olan Global Remote MMC şirkətinin səhmdarı Oksana Khe Sun Dia olmuşdur. Qonağımız yapon əsillidir, Hindistanda yaşayır və işləyir, 9 il Rusiyada təhsil alıb. O, jurnal əməkdaşlarının və Baş redaktor Zaur Qəriboğlunun suallarını cavablandırıb.

 

 

– Oksana xanım, özünüz haqqında danışın…

 
– Mənim valideynlərim Sovet İttifaqında yaşayıb. Anam koreyalı, atam isə yapondur. Biz Yaxın Şərqdə, Saxalində yaşamışıq, bu səbəbdən deyə bilərəm ki, mənim sovet keçmişim var, çünki burada uzun müddət yaşadım, məktəbdə oxudum, dostlarım var. Sonradan təhsilimi başa vurub Yaponiyada, Hindistanda və başqa ölkələrdə oldum. Hazırda Hindistanda yaşayıram, şirkətimin fəaliyyəti ərəb ölkələri ilə bağlıdır. Azərbaycan keçmiş sovet respublikalarından ilkidir ki, onunla işgüzar münasibətlər qurmuşuq.

 

 

– Azərbaycana gəlməmişdən əvvəl ölkə haqqında nə kimi məlumatınız vardı? Azərbaycan və azərbaycanlılar haqqında nə bilirsiniz?

 
– Doğrusunu desəm, Azərbaycan haqqında minimal məlumatım var idi. Azərbaycanda üç dəfə – 2007, 2010 və 2013-cü illərdə olmuşam. Səfərimin səbəbi işgüzar fəaliyyətim ilə bağlı olub. Tarixiniz, mədəniyyətiniz, xalçalar və musiqiniz haqqında bəzi məlumatı ala bilmişəm. Bilirdim ki Azərbaycanın əraziləri ermənilər tərəfindən işğal olunub, lakin işğalın kökləri haqqında bilgilərim yox idi. Buraya gəldikdə gördüm ki, çox qonaqpərvər millətiniz var, sizin adət-ənənələrinizlə maraqlandım, bir neçə toy məclisində iştirak etdim. Ən çox yadda qalan isə xınayaxIMG_3830dı mərasimi oldu.

 
Dost-tanışlardan öyrəndim ki, Azərbaycanın 20% ərazisini erməni işğal edib, Xocalı qətliamının dəhşətli fotoşəkillərini, videolentlərini gördüm. Qarabağ münaqişəsi haradasa Hindistan və Pakistan arasında mövcud olan Kəşmir problemini xatırladır. Doğma torpaqlar uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan xalqının mərd oğullarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət etdim.
Burada olarkən öyrəndim ki, müstəqilliyinizin ilk illərində bir çox çətinliklərlə üzləşmisiniz. Mərhum H.Əliyevin, onun ardınca prezident İlham Əliyevin məqsədyönlü siyasəti, xalqın onlara inamı çətinlikləri dəf etməyə və inkişafa doğru apardı. Azərbaycanda keçirilən çoxsaylı konfranslar, forumlar, beynəlxalq miqyaslı tədbirlər bu dövləti dünyaya tolerantlıq və multikulturalizm məkanı kimi təqdim etdi.

 

 

– Bizə məlumdur ki, siz Azərbaycan kinomotoqrafçıları ilə birgə bədii film çəkmək niyyətindəsiniz. Bu fikir necə yarandı?

 
– Azərbaycana gəlməzdən öncə mən bir çox keçmiş sovet respublikalarında oldum. Məhz sizin ölkəniz, millətiniz mədəniyyəti, tarixi və sülhsevərliyi ilə diqqətimi çəkdi. Doğrudur, biz birgə Azərbaycan-hind filmi çəkmək istəyirik. Filmin çəkilişlərinə Azərbaycanın və Hindistanın tanınmış aktyorları cəlb olunacaq. Bütün məlumatı verə bilməyəcəm, bir onu deyə bilərəm ki, filmin süjet xətti Qarabağ və hazırki münaqişə ilə bağlıdır. Azərbaycan tərəfindən biz Bakı Bələdiyyə teatrının rəhbəri Amaliya Pənahova ilə əməkdaşlıq edirik. Yaxın zamanda filmin çəkilişlərinə başlayacağıq.

IMG_3810

 

 

 

 

Filmi çəkmək ideyası Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra yarandı. Biz istəyirik ki, cəsur Azərbaycan oğullarının I Qarabağ müharibəsində göstərdikləri şücaəti dünya bilsin, həmçinin erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər haqqında müfəssəl məlumatları olsun.

 

 

– Azərbaycan xalqına nə arzulayardıınız?

 
– Mən bu ölkəni, qonaqpərvər Azərbaycan millətini sevdim. Sizin çox gözəl Vətəniniz, qədim tarixiniz və mədəniyyətiniz var. Bu illər ərzində çox şey dəyişdi, infrastruktur o qədər dəyişib ki, Azərbaycan dünyanın böyük meqapolislərini xatırladır. İnanıram ki, Azərbaycan dövləti inkişaf yolu ilə addımlayacaq və Azərbaycan xalqının öz gələcəyinə inamı var. Cümlə Azərbaycan xalqına çox yaxın zamanda Qarabağda qalibiyyət sevincini yaşamağı, həmçinin firavanlıq və başının üstündə aydın səma olmasını diləyirəm.

 

 

“KarabakhİNFO.com”

 

 

08.10.2014 16:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*