Azərbaycanca

1 dəqiqəmizi ayırıb həmyerlimizə dəstək olaq! – VİDEO

20.10.2014 | 11:58

fotoArtıq 5 ildir ki, keçirilən “TVE Biomovies” (http://en.tvebiomovies.org/) film müsabiqəsinin bu ilki finalçılarından biri həmyerlimiz Hüseyn Qulamovdur. Bu müsabiqədə kamerası olan hər bir kəsin iştirak etmək hüququ var. Müsabiqənin şərtlərinə görə qısametrajlı filmlər bir dəqiqə müddətində və təbiət haqqında olmalıdır.
Bu il müsabiqə üç kateqoriya üzrə keçirilir:
• Avropa bankının Yenidənqurma və İnkişaf üzrə bərpa olunan enerjilər mükafatı
• İNBAR-ın (Beynəlxalq bambuk və qamış şəbəkəsi) Bambuk və Qamış mükafatı
• WWF-UK-un (Dünya Təbiət fondunun Böyük Britaniya ofisi) Gələcəkli Dünya mükafatı.
Finalda hər kateqoriya üzrə üç iştirakçı mübarizə aparır. Həmyerlimiz Hüseyn Qulamov sözügedən müsabiqənin üçüncü kateqoriyasında son üç finalçı sırasındadır. Qeyd etmək lazımdır ki, finalçılar 225 iştirakçı arasından seçilib. Qalib dekabr ayının 15-i oluncaq.
Filmlər YouTube-un “İnspiring change” kanalında yerləşdirilmişdir. Baxış sayı daha çox olan film göstərilən tarixdə qalib elan olunacaq.
Bir dəqiqəmizi ayırıb bu filmi izləyək və həmyerlimizə dəstək olaq.

 

 

 

1 dəqiqə=1 baxış= 1səs

 

 

 

 

 

 

 

 

 

Fərid Əliyev

“KarabakhİNFO.com”

 

 

20.10.2014 11:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*