Azərbaycanca

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

06.06.2013 | 11:22

1370070317_61950-ci il, 1 iyun tarixdə  BMT Baş Assambleyası  hər ilin bu tarxində Uşaqların Beynəlxalq Müdafiəsi Günü  kimi keçirilməsi haqqında qərar qəbul etdi. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaqların hüquqlarının müdafiəsi məsələsi tarixdə bir neçə qərar  və sənədlər olmasına baxmayaraq daha çox səslənən Eglantyne Djebbin  1924 -cü ildə söylədiyi  “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin” sözləri daha çox istifadə edilir.

 

Azərbaycan hər il bu bayramı rəsmən olaraq keçirmək haqqında qərar versə də bu bayramdan məhrum olan uşaqlarımız da var. Bunlar 1988-ci ildən Azərbaycana qarşı təcəvüzkar siyasət yeridən ermənilərin əsirliyində olan uşaqlardır. İşğal edilən hər bir kənd, qəsəbə, rayon  və şəhərdə qətl edilən onlarla, yüzlərlə uşaq olub.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupunun 1 oktyabr 2012-ci il tarixindəki məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4030 nəfər təşkil etmişdir. Onlardan 3256 nəfər hərbçi, 773 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.  Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Məlumatlara görə 553 nəfərin əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə , naməlum şəxslərdir.

 

Əsir düşən 16 azyaşlı qız və 5 oğlan yetkinlik yaşına çatmayan uşaqlardır. Bu fakt “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın araşdırmalarında öz əksini tapır. Onun sözlərinə görə hələ də Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda uşaqların  girovluqda saxlanılmasına dair məlumatlar var: “Girovluqda olan uşaqlar müxtəlif ağır işgəncələrə məruz qalıblar. Onların bəzilərinin bədən orqanları çıxarılaraq satılıb.

 

1 İyun Uşaqların  Beynəlxalq Müdafiəsi  günüdür

Bu vəhşilikləri bizim rəsmi sənədlər, şahidlərin ifadələri ilə yanaşı erməni müəlliflərinin özləri də qeyd edirlər. Rusiyada yaşayan bir erməni yazır: “ErmənilərƏsir düşən uşaqları pəncərənin çərçivəsinə tikirdilər! qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçaladılar, əksər meyitləri isə tikə-tikə doğradılar!”

Başqa bir erməni müəllifi (onun kitabın ermənilər hamısın alıb gizlədiblər ) yazır:  “Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar.”.

 

Qarabağ müharibəsinin iştirakçısı tanınmış jurnalisti Rey Kərimoğlu yazır: “Dostum Naillə mən meşədən bir qadının bağrına basdığı təxminən bir neçə aylıq körpəni də çıxardıq. Qadın ayağından yaralanmışdı. Onu çətinliklə təcili yardım maşınının yanına gətirdik. Qadın tələb edirdi ki, əvvəlcə körpəyə tibbi yardım göstərilsin. Ancaq bilmirdi ki, bağrına basdığı uşaq çoxdan ölüb. Güllə onun hələ bərkiməmiş boynundan dəyib, ağzından çıxmışdı. Körpənin yarasında heç bir qan izi yox idi. Ana körpəsinin öldüyünü biləndə var gücü ilə qışqırdı. O qadının fəryadı hələ də qulaqlarımda səslənir…”

 

Şahidlərin ifadələri, rəsmi tədqiqatların nəticələri və jurnalist araşadırmalarından aydın olur ki, girov götürülən uşaqlara amansız işgəncələr verilmişdi.. Bunu yazmaq bizə  nə qədər acı olsa da ermənilərin insanlıq simasından çıxmalarını göstərmək üçün müəyyən faktlara toxunmalı olacağıq.

Ağdam rayonunun işğalı zamanı Əliyevlər ailəsinin 6 üzvü, o cümlədən iki uşaq və iki qadın girov götürülmüşdür. Ermənilər heç bir səbəb olmadığı halda Xəqani Əliyevin qayınatasını və səkkiz yaşlı oğlunu güllələyib,öldürmüş, həyat yoldaşı Könül Əliyevanı güllə ilə vurub ömürlük şikəst etmişlər. Ən acınacaqlısı isə odur ki, ermənilər yaraladıqları 3 yaşlı Şövqü Əliyevin qolunun bazu sümüyünü  əzələ qatı ilə birlikdə ehtimal ki, transplantasiya məqsədi ilə kəsib götürmüş, uşağı ömürlük şikəst etmişlər

12 yaşlı Həsənov Şahin Arif oğlu Hadrut rayonunun Binəli kəndi yaxınlığında mal-qara otararkən  ermənilər tərəfindən tutulmuş, sol əlinin barmaqları taxılsəpən maşının şkifinin arasında qoyularaq şikəst edilmişdir.

 

1 İyun Uşaqların  Beynəlxalq Müdafiəsi  günüdür

Kələbəcər rayonun işğalı zamanı əsir düşən İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.

Bir şahidin ifadəsinə görə bir erməni qadını iki azərbaycanlı körpəni əlləri ilə boğmuş, onların gözlərin yağ bıçağı ilə çıxarmış və gülə-gülə demişdir-“ gözünüzü Qarabağdan çəkin.  Kimlər edəcək o müharibəni? Bu gün, sabah doğulanlar?-Biz elə edəcəyik ki, daha Azərbaycanda uşaq doğulmasın!”

Bir məlumatda (bu faktı rus ordusunda qulluq etmiş rus  əsgər yazmışdır. Müəyyən səbəblərə görə adını yazmırıq) yazılır ki, ermənilər işğal etdikləri Xocalıda “qələbəni” belə qeyd edirdilər: “3 yaşlı körpənin başın kəsib qanın stəkanlara süzüb başlarına çəkirdilər”

 

Xocalıdan olan şahidlərin  ifadələrinə görə Ermənilər 10-13-15 yaşlı qızları seçib ayırdılar . Şuşada monitorinq aparmış bir iranlı ilə ünsiyyətim zamanı o, yeniyetmə qızların erməni komandirlərinin cinsi istismarına məruz qaldığını etiraf etmişdir.

 

Xocalı sakini, 13 yaşlı Musayev Ramil Səlim oğlu, “ilk öncə ayağını güllə ilə vurmuş, sonra isə bircə-bircə ayaq dırnaqlarını kəlbətinlə çəkib-çıxarmışlar.”

Daha bir faktı  acılar çəkə-çəkə yazıram. Şahidlərin ifadəsinə görə erməni tərəfdə döyüşən muzdlu zəncilər körpə uşaqlar top əvəzinə istifadə edirdilər.

Bir məlumata görə əsirlərin taleyi ilə maraqlanan beynəlxalq təşkilatların  və dovlətlərdən gələn nümayəndələri olan kişilərə yetkinlik yaşına çatmayan azərbaycanlı qızlar cinsi əlaqə üçün təklif edilirdi. Bir şahidin ifadəsində deyilir ki, 8-yaşdan yuxarı bəzi əsir qızları belə zorlamaqdan ermənilər çəkinmirdilər.  Şahidlərin ifadələrinə görə, susuz qalan uşaqlara ermənilər su əvəzinə sidik, yemək əvəzinə isə sidiklə qarışdırılmış jmıx (mal-qara yemi) verirmişlər.

 

1 İyun Uşaqların  Beynəlxalq Müdafiəsi  günüdür

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun öldürülməsi faktı onların uşaq qatili olmalarını dünyaya sübut etmək üçün fakt deyilmi?

Daha faktları yaza bilmirəm. Gözlərimin yaşı imkan vermir. Bu vəhşilikləri yaşayan bir millətin övladı olaraq biz 1 iyunu onlarsız necə keçirək! Axı bu uşaqların günahı nə idi? Azərbaycanlı, türk olmaq idimi? Bu uşaqlara amansız davranmalar hansı dində, imanda var?- “Şəhidlərimin 16 nəfəri – bacım, qardaşım, onların həyat yoldaşları və balalarıdır. 7 yaşlı nəvəmin nə günahı var idi, hələ birinci sinfə gedirdi, onu da qəddarcasına öldürdülər. Kürəkənim, qudalarım, dayım qızları öldürüldü. Heç birinin məzarı da yoxdur ki, üstündə ağlayasan. Soyuqdan ayaqlarımız dondu. O gecə sanki, təbiətin də acığı tutmuşdu. Duman, çiskin, soyuq idi. Qardaşım qızımın ayaqları dondu və əlil oldu, ayaqlarını kəsdilər”, – deyə faciənin şahidi deyib

 

Allah bizə səbr verməsin, Allah bizə bu qisası almağa güc versin.

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

KarabakhİNFO.com

 

 

06.06.2013 11:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*