Azərbaycanca

10-15 ildən sonra Ermənistanda adam qalmayacaq

02.12.2014 | 15:26

10683957ermenistan3301(07.09.2009)Ermənistan və Dağlıq Qarabağ yenə dilənməkdə davam edirlər. Ermənistan-Ümumerməni Fondu hər il olduğu kimi, bu il də diaspordan Ermənistan və Dağlıq Qarabağ üçün pul dilənməyə başlayıb.

 

Cari il noyabrın 10-dan 14-dək Parisdə keçirilən foneton, yəni telefon marafonunda Avropa ölkələrində yaşayan ermənilərdən 1 milyon 400 min avro yığılıb.

 

 

Noyabrın 27-də ABŞ-ın Los Anceles ştatında “Vətənimizi abadlaşdıraq” şüarı altında keçirilən televizor marafonunda isə 12 milyon 399 min 550 dollar yığılıb. Halbuki 2012-ci ildə ABŞ-da bu rəqəm 30 milyon, 2013-cü ildə 22 milyon dollar, Fransada 2013-cü ildə 8 milyon avro təşkil edirdi.

 

 

Göründüyü kimi, məbləğlər getdikcə aşağı düşür. Bu isə o deməkdir ki, Ermənistanda baş verən haqsızlıqları görən diaspor Ermənistana inamını itirir. Axı, bir ölkəni dilənçilik vasitəsilə nə qədər icma hesabına saxlamaq olar?! Diaspor başa düşür ki, iqtisadiyyatı zəif olan, ildə 90 min adamın tərk etdiyi Ermənistan uçuruma yuvarlanır və istehsalı olmayan bir dövləti bu prosesdən qurtarmaq mümkün deyil. Miqrasiya Ermənistanın ən böyük bəlasıdır və onların sayına baxsaq, görərik ki, 10-15 ildən sonra həmin ölkədə adam qalmayacaq.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

02.12.2014 15:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*