Azərbaycanca

08.05.2013 | 11:51

1367999226_fuad1KarabakhİNFO.com Şəhid, Əlil və Veteranlar Birliyinin sədri, Şuşa özünümüdafiə batalyonunun döyüşçüsü Yaşar Məhərrəmovla müsahibəni təqdim edir

 

–      Yaşar müəllim, hansı bölgələrdə döyüşmüsünüz?

 

–      1988-ci il Sovet ordusu sıralarından Vətənə qayıtdıqdan sonra düşmənin torpaqlarımızı  işğal etmək niyyətini bildim və birbaşa gəldim münaqişələrin  içərisinə düşdüm. Müharibə bizim evimizdə, Şuşa şəhərində, Qarabağda başlayırdı. İlk olaraq həmin dövrdə 1988-ci ildən 1992-ci il may ayının 8-nə kimi Şuşa şəhərində döyüşmüşəm. Şuşanın və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Kərkicahanda, Qaybalıda, Daşaltında, Nəbilərdə, Muxatərdə, ümumiyyətlə, Şuşanın bütün kəndlərində gedən müharibələrdə iştirak etmişəm.

–      Şuşadan çıxdığınız son günləri necə xatırlayırsınız?

 

–      Təəssüflər olsun ki, 1992-ci il may ayının 8-ində Şuşa ermənilər tərəfindən işğal olundu və bu dövrdə düşmənlərimizin torpaqlarımızı işğal etdiyi dövrdə 1992-ci ilin may ayının 8-ində başımdan qəlpə yarası almışam, qan itirmişəm və hospitalda yaralı vəziyyətdə ayılmışam və hospitalda Şuşanın işğal olunduğunu eşitmişəm. Həmin günün səhərisi hospitaldan Şuşa özünüdafiə batalyonunun yerləşdiyi yeri öyrəndim və və Şuşa özünümüdafiə batalyonuna torpaqlarımızın azad olunması üçün könüllü daxil oldum. Ağdam və Ağdərədə uzun döyüş yolları keçmişik və mənfur düşmənin ön sırada gedən döyüşçülərinin çoxunu məhv etməyə nail olmuşuq. Şuşa ilə əlaqədar dedikdə isə ermənilər təkcə Şuşada deyil, işğal olunmuş bütün rayonlarda vəhşilik törədiblər. Məsələn, bir şeyi qeyd edim ki, ermənilər 1990-ci ilin əvvəlindən başlayaraq Dağlıq Qarabağda yerləşən Sovet ordusunun 365- ci, 366-cı alayları ilə birləşərək Azərbaycanın torpaqlarını işğal etmək uğurunda döyüşürdülər və bu nizami orduya qarşı könüllü  olaraq Şuşa  əhalisi Azərbaycanın hər bir regionundan qabiliyyətli oğlanlar, ləyaqətli, vətənsevər kişilər torpaqlarımızın müdafiəsi üçün Şuşaya və işğal olunmuş başqa bölgələrə gəlmişlər və çox təəssüflər olsun ki, indi onların zəhmətləri yerdə qaldı.

–     Ermənilərin “Dağlarda toy” əməliyyatından xəbəriniz var idimi? Bu hücumun qarşısını almaq üçün hər hansı tədbirlər görüldümü?

 

–     Şuşa işğal olunduqdan sonra, atəşkəs imzalanmadan əvvəl 1993-cü il iyunun 3-də Füzulidə düşmən tərəfindən aldığım bir neçə güllə yarası nəticəsində hospitalda yatırdım  və o vaxt ermənilərin Şuşanı işğal etdikləri vaxt onların əməliyyatının  “Dağlarda toy’’ əməliyyatı olduğunu öyrəndim. Mənim ermənilərin bu  hücumu barəsində, yəni “Dağlarda toy’’ əməliyyatı barəsində heç bir xəbərim yox idi, amma ermənilərin torpaqlarımızı işğal etməsi 1987-ci ilin fevral ayından başladı və ermənilər,  ümumiyyətlə, Qarabağı işğal etməyə əvvəldən hazır  idilər  və buna da nail olmaq üçün bütün qüvvələrini səfərbər  etmişdilər. Ermənistan respublikası hansı ki bizim torpaqlarımızda yaranmış Ermənistan respublikasının ermənilərdən ibarət böyük ordusu  və Dağlıq Qarabağda yaşayan satqın  ermənilərdən təşkil olunmuş könüllü batalyonlar 366-cı, 365-cı Sovet alayları birləşərək Şuşanı işğal etmək üçün “Dağlarda toy’’ əməliyyatı adı altında Şuşaya 14.000 qoşun  yeritdilər. Bu hücumun saat 12-ə qədər biz qarşısını aldıq və qüvvəmiz bərabər olmasa da düşməni tamamilə geri oturtduq.Biz bilirdik ki, düşmən hər dəqiqə hücum edə bilər.Ermənilərin mayın 8-ində etdikləri hücum isə təkcə ermənilərin Qarabağa hücumu deyildi. Ermənilərin bütün tərəfdarlarının birləşmiş hücumu idi. Çox təəssüf olsun ki, o dövür ki hakimiyyət bu proseslərdən xəbərdar idilər və Şuşanın müdafiəsini təşkil etməmişdilər. Pərakəndə vəziyyətdə olan ordumuz və əhali öz gücü müqabilində torpaqlarımızı müdafiə edirdi.Təəssüflər olsun ki, ermənilərin  əlində olan silahlar bizdəki  silahlardan qat-qat üstün idi.Beləki Sovet hökuməti erməniləri tamamilə silahlandırmışdılar.Biz isə silahları çox çətinliklə əldə edirdik  və silahsız olaraq düşmənə qarşı çıxmaq həddən artıq çətindir.

–      Bütün Azərbaycanlılar kimi, bir şuşalı kimi ermənilərin Şuşanı erməniləşdirməsi hər halda sizi daha çox ağrıdar…

 

–      Ermənilər öz havadarları ilə birlikdə Şuşanı işğal etsələr belə  Şuşanı erməniləşdirə  bilməzlər, çünki o torpaqlar qədim Azərbaycan torpaqlarıdır. İnşallah Allahın köməyi ilə Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin döyüş fərmanını gözləyirik və hansı gün, hansı saniyə olmasına baxmayaraq döyüş fərmanı verilən kimi  biz silaha sarılıb mənfur ermənilərdən torpaqlarımızı geri alacağıq və mən o günə inanıram, çünki o torpaqlarda bizim babalarımızın qəbri, demək olar ki, hər şeyimiz oradadır.

“Ermənilər təkcə Şuşada deyil, işğal olunmuş bütün rayonlarda vəhşilik törədiblər”

–     Ermənilər müharibə zamanı əsgərlərimizə qarşı əsasən hansı vəhşiliklər ediblər?

 

–     Ermənilər əldə etdikləri kimyəvi silahlardan, kütləvi qırğın silahlarından istifadə edirdilər. Onlar əsirlərə çox böyük işgəncələr verirdilər. Belə ki, onlar əsir düşmüş döyüş sıralarında olmayan insanlara belə işgəncələr verirdilər. Onların qulaqlarını kəsir, gözlərini çıxarırdılar. Ermənilər hər zaman Rus ordusunun arxasında gizlənirdilər. Ermənilər qorxaq bir millətdir, demək olarsa lazımsız bir millətdir.Bu mənfur ermənilər ki, var onlar dinc yaşayan ermənilərin də adına xələl gətiriblər . Bu son Dağlıq Qarabağ müharibəsindən sonra onlara tamamilə inam itmişdir.

–    Hiss edirsinizmi artıq vərdiş edirik işğal olunmuş rayonların işğal gününü qeyd etməyə…

 

–     Mən rayonların işğal gününü yox, işğaldan azadolunma gününü qeyd etmək istərdim. Arzu edərdim ki, xalqımız  torpaqlarımızın işğaldan azadolunma gününü qeyd etsinlər. Bu bir vərdiş deyil. Dərd qaldıqca dərdlənər, ağırlaşar. Mən heç vaxt istəməzdim ki, bu dərd bizim gələcək nəsilə qalsın. Biz torpaqlarımızı işğaldan az bir zamanda azad edəcəyik. Bu heç bir vərdiş halını almayıb. Biz 20 ildən artıqdır ki, ermənilərlə müharibə şəraitində atəşkəs rejimində yaşayırıq. Bu 20 il müddətində atəşkəs ermənilər tərəfindən dəfələrlə pozulub, lakin bizim əsgərlərimiz cavab atəşi ilə onları susdurub. Mən Azərbaycan xalqının adi bir oğlu, Allah rəhmət eləsin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov böyük bir erməni ordusuna onları qarşıda nələr gözlədiyini göstərdi. Bizim hər bir əsgərimiz  100 erməni əsgərinə bərabərdir. Biz qonşuluqda dinc yaşamaq istəyirik. Bizim qonşumuz isə buna layiq deyil. Bugünki Ermənistan erməni torpağı deyil. Bizim keçmiş qədim İrəvan xanlığıdır.1828-ci  ildə Çar hökumətinin köməkliyi ilə İrandan Türkiyədən, Livandan kütləvi surətdə ermənilər Azərbaycan torpaqlarına köçürülmüşdür  və 1924-cü ildə SSRİ qurulduqdan sonra Ermənistana Respublika statusu verilmişdir.

 

–    İşğal həyatı yaşayan bir şuşalı kimi öz doğma torpaqlarınıza qayıtmaq ümidi ölməyib ki?

 

–     O ümüdi Allah söndürməsin. Mənim ümidim var ki, torpaqlarımız işğaldan azad olunacaq. Bəzən qardaşlar, dostlar Həcc ziyarətinə getməyi təklif etdikdə mən buyururam ki, bizim üçün böyük bir şəhid qapısı açılır. Həci olmaq asandır, şəhid olmaq isə çətindir. Şəhid olmağa hazıram və torpaqlarımızı azad etmək ümidi məndə günü – gündən artır. Bu gün Azərbaycanın inkişafı məndə ümidi daha da artırır. Biz istəsək bir günün içərisində bütün Ermənistanı işğal edərik. Sadəcə biz xalq olaraq tolerantlığımızı qoruyuruq. Hətta bu gün Azərbaycanda yaşayan ermənilər belə Qarabağın işğaldan azad olacağına inanırlar. Ermənilər heç bir dini olmayan, Allahı sevməyən, şeytana sitayiş edən bir xalqdır. Rus əsarətində yaşamaq istəməyən ermənilər hal-hazırda Azərbaycan vətəndaşı olmaq istəyirlər. Onlar erməni pasportu daşımaq istəmirlər. Hər hansı bir ermənidən  onun bu gün Ermənistanda xoşbəxt olduğunu soruşsanız o özünün bədbəxt olduğunu bildirər və Azərbaycan vətəndaşı kimi yaşamaq istədiyini deyər. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşallah…!

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

 

08.05.2013 11:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*