Azərbaycanca

Azərbaycan MN cəbhə bölgəsinə zirehli texnika cəmləşdirilməsi barədə informasiyalara münasibət bildirib

02.08.2014 | 10:24

defaultMüdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə bölgəsinə zirehli texnika cəmləşdirməsi barədə yayılan informasiyalara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: “Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.

 

 

Qeyd edək ki, bu gün bəzi KİV-də Müdafiə Nazirliyin cəbhə bölgəsinə zirehli texnika toplaması barədə məlumatlar yayılıb.

 

 

“KarabakhİNFO.com”

02.08.2014 10:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*