Azərbaycanca

Ermənistanın sərhəd kəndlərində yaşayan ermənilər belə vəziyyətdə yaşamaqdan beziblər

02.08.2014 | 12:36

78Ermənistanın cəbhə bölgələrində yerləşən kəndlərində ermənilər yaşamaqdan beziblər. Beləki Tavuş rayonunun Çinarlı kəndinin sakinləri bu vəziyyətdən bezdiklərini deyirlər.
Onlar deyirlər: əkin əkmək, heyvandarlıqla məşğul olmaq mümkün deyil. Məni polisdə gəlsə apara bilməz döyüşə. İyrənirik artıq bu vəziyyətdən. Bilmirik ki, müharibədir yoxsa nədir? Yemək, içmək yoxdur. Kartof yeməkdən bezmişik. Taxılı yığmaq olmur. Hər gün atışma səsinə cavanlar belə kənddə qalmaq istəmirlər. Qırmızı Xaç cəmiyyətinin nümayəndələri gəldilər ki, bizi müdafiə etsinlər.Onlar da atəşi görən kimi bizi qoyub qaçdılar. Biz daşıq ki, burda dözürük. Siz bir saatda burda dözə bilməzsiniz. Xahiş edirəm bir kadr saxlamayın.Aparın hakimiyyətə göstərin. Əgər hərbi hissədən zəng gəlsə mən getməyəcəm. Bu insanlar hara getsinlər? Üzbə üz Ağdamdır. Dörd bir tərəfdən Azərbaycanla sərhəddəyik.

 

 

 

 

 

Bütün yolu gəldiniz kənddə bir uşaq gördünüz?
Deyin görüm gördünüz ?
Bu saat hammı qaçır gedir.

 

 

Telman Qasımov

“KarabakhİNFO.com”

02.08.2014 12:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*