Azərbaycanca

Alman deputatı ölkəsinin televiziya proqramına müsahibəsində Ermənistanın işğalçı siyasətindən danışıb

23.09.2014 | 14:30

marco_wanderwitz_230914Xristian Demokratlar partiyasının Drezdendən olan millət vəkili Marko Vandervitç“Aus dem Bundestag” (Alman parlamentindən) televiziya proqramında aparıcı Brinkmannın Azərbaycan haqqında suallarını cavablandırmışdır.
Avropa Azərbaycan Cəmiyyətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verilən məlumata görə, millət vəkili ilk əvvəl aparıcının “Sizi bu ölkəyə nə gətirib çıxarmışdır?” sualına cavabında qeyd etmişdir ki, “məni Azərbaycana mədəniyyət siyasəti gətirdi, üzvü olduğum parlament qrupunda mədəniyyət və media siyasəti məsələləri ilə məşğulam.Siz bir neçə il öncə Azərbaycanda baş tutan “Avroviziya” mahnı müsabiqəsininə toxundunuz, bundan başqa, Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlıq mövcuddur.” Millət vəkili Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin tarixi köklərə malik olduğunu da vurğulamışdır.

 
Müsahibədə Azərbaycanın müasir vəziyyətinə, xüsusilə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınageniş yer ayrılmışdır. Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan dövlətinin mübahisəsiz ərazisinin böyük bir qismi Ermənistan tərfindən işğal edilmişdir.” Həmin problemə toxunan Marko Vandervitç bildirmişdir ki, “bu məsələ ilə bağlı BMT qətnamələri də vardır ki, orada da bunun qeyri-qanuni olduğu qeyd olunur. Lakin bu qətnamələr yerinə yetirilməmişdir. Ərazilər hələ də işğal altındadır və çoxlu qaçqınlar vardır. Digər problemlər də meydana çıxmışdır ki, bunlar da ərazinin artıq nəzarət altında olmamasından irəli gəlir. Buna misal olaraq, Krım böhranı ilə müqayisə aparmaq olar. Əlbəttə ki, Ukraynanın Avropa Birliyi, daha dəqiq desək, Polşa ilə sərhəddi olduğu üçün, biz bu məsələyə daha ciddi yanaşırıq. Bu mənada biz münaqişəyə daha yaxınıq. Düşünürəm ki, Ukraynadakı böhranla bağlı, biz Azərbaycandakı problemin həllinə də bir addım yanaşsaydıq daha yaxşı olardı. Hazırkı vəziyyət beynəlxalqhüquqa ziddir və dəyişiklik tələb olunur, hazırda bu dəyişikliyin edilməsinə Azərbaycandan daha çox Ermənistan töhfə verə bilər. Digər tərəfdən isə, Rusiya da böyük töhfə verə bilər, belə ki, Rusiya Federasiyasının ətrafında baş verən digər münaqişələrdə olduğu kimi, burada da Rusiya cəlb olunmuşdur”.

 
Aparıcının Azərbaycan üçün də ciddi önəm daşıyan “Bəs necə olur ki, ikitərəfli danışıqların, AB və BMT qətnamələrinin və Almaniya Federativ Respublikasının istəklərinin heç bir təsiri yoxdur?” sualına millət vəkili belə cavab vermişdir: ”Müəyyən bir həddə qədər biz səhnə arxasını görə bilmiruik, lakin bu tam aydındır ki, Rusiya Ermənistanla yaxındır və onun üçün vacibdir. Buna görə də, bizim nəzərimizdə BMT-nin, ATƏT-in və Azərbaycanın son illər ərzindəki cəhdləri heç bir nəticə verməyib. Bu divara qarşı dayanmadan qaçmağa bənzəyir, təəssüf ki, bu dözülməz vəziyyət dəyişməyib və münaqişə açıq yara olaraq qalır”.

 
Millət vəkili problemin həlli yolundan bəhs edərkən birmənalı şəkildə bildirir ki, “ən asanı vəziyyətin Dağlıq Qarabağın Azərbaycan dövlətinin bir hissəsi olduğunu qeyd edən beynəlxalq hüquqa əsasən qanuni şəklidə həlli olardı.” Bunun ardınca aparıcının “Başqa sözlə, erməni əsgərləri çantalarını toplayıb, öz evlərinə yola düşməlidirlər” fikrinə də “Düzdür, siz qətnamələrə bu şəklidə xülasə verə bilərsiniz”,-deyə cavab verilir.

 
Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilərin qeyri-konstruktiv mövqeyinə, onların beynəlxalq təşkilatlar və Azərbaycana dəstəyini bildirən dövlətləri eşitməməsi barədə suala cavabında mövqeyini belə ifadə etmişdir: “Məncə,ermənilər təbii ki, eşidirlər. Onların iştirakı ilə bir sıra çoxtərəfli danışıqlar keçirilir, lakin heç nə baş vermir. Qeyd etməliyəm ki, Ermənistan kiçik ölkə deyil, lakin BMT və ATƏT-in qətnamələrinə qarşı gedə biləcək qədər böyük ölkə də deyil. Belə məntiq ortaya çıxır ki, bu regionda öz maraqlarını qoruyan qonşu Rusiya münaqişəyə ciddi dərəcədə cəlb edimişdir.” Millət vəkili konkret olaraq AFR və Qərbi Avropanın münaqişənin həllindəki roluna da toxunaraq demişdir: “Azərbaycan daha öncə dəfələrlə nümayiş etdirmişdir ki, o müstəqil şəkildə hərəkət edir, bu əlbəttə ki, çox vacib haldır. Ona görə də, məsləhət olar ki, biz Almaniya Federativ Respublikası və Qərbi Avropa olaraq, Azərbaycanın münaqişəsinin həllinə daha yaxından qoşulaq və deyək: “Bir tərəfdən biz strateji enerji tərəfdaşlığını istəyirik, digər tərəfdən isə bu münaqişə ilə bağlı öz səsimizi qaldırmaq istəyirik və tezliklə vəziyyətdə irəliləyişin baş verməsi ümidi ilə barmağımızı bu açıq yaranın üzərinə qoyacağıq, çünki sizin istəyiniz mümkünsüz bir şey deyil, beynəlxalq hüquq sizin tərəfinizdədir”.

 
Millət vəkili Marko Vandervitç müsahibəsində regionda beynəlxalq münasibətlər və Almaniya Fedarativ Respublikası ilə Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə də toxunmuş, Azərbaycanı qeyri-stabil olan regionda stabil olan dövlət adlandırmışdır. Onun fikrincə “Azərbaycan zəngin neft və qaz ehtiyatlarının yaxınlığı baxımından yalnız Almaniya üçün deyil, Avropa üçün də maraqlı tərəfdaşdır. Azərbaycan ilə Almaniya və Avropa Birliyi arasında münasibətlər tarixən yaxşı olmuşdur və bu enerji münasibətlərindən də kənara çıxır. Misal üçün, mədəniyyət sahəsində aramızda etibarlı əməkdaşlıq mövcuddur. Bütün bunlardan başqa, Azərbaycan tərəfi neft və qazını bizə satmağa maraqlıdır”.

 
Millət vəkili Azərbaycan ilə alman xarici siyasətinin məşhur olduğu yumşaq güc sahəsində, həmçinin Almaniyada Azərbaycan haqqında məlumatlandırılmanın artırılması baxımından Alman Akademik Mübadilə Xidməti, xaricdəki alman məktəbləri və Höte İnstitutu vasitəsilə Azərbaycan ilə yaxından əməkdaşlıq edildiyini də qeyd etmişdir.

 

“KarabakhİNFO.com”

 

 

 

 

23.09.2014 14:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*