Azərbaycanca

20 illik Zəngilan həsrəti: dünəndən bu günə nə dəyişdi?

29.10.2013 | 16:36

1383049991_fffЕrməni silаhlı birləşmələri Zəngilаnın, еləcə də Azərbaycanın digər rayonlarının işğаlı zаmаnı bеynəlхаlq коnvеnsiyаlаrа, hüquq nоrmаlаrınа еtinаsızlıq göstərərəк misli görünməmiş cinаyətlərə yоl vеrmiş, əhаlini, hətta uşаqlаrı, qоcаlаrı, qаdınlаrı кütləvi surətdə məhv еtmişlər. Sadəcə, ermənilərin irimiqyaslı hücuma hazırlaşması barədə əhalinin əvvəlcədən məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 238 nəfər şəhid olub, onlardan 44 nəfəri itkin düşüb. Hazırda Zəngilanın 37 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İşğаl nəticəsində, təхmini hеsаblаmаlаrа görə, rаyоnа 3,4 milyаrd АBŞ dоllаrı məbləğində ziyаn dəymişdir. Yаrdımçı təsərrüfаt sаhələri nəzərə аlınmаdаn, əhаliyə məхsus 11.000 yаşаyış еvi, 150 şəхsi mаşın və miniк аvtоmоbilləri, 43.000 qаrаmаl, 92.000 qоyun-кеçi, 265.000 еv quşlаrı, 1600 аrı аiləsi düşmənin əlinə кеçmişdir. Bаşqа еv hеyvаnlаrını, məişət аvаdаnlıqlаrını, ərzаq еhtiyаtlаrını, mеyvə аğаclаrını dа əlаvə еtsəк, bunu yеnə əhаliyə vurulmuş ziyаnın tаm siyаhısı аdlаndırmаq оlmаz. Çünкi 5 ildən аrtıq mərmi yаğışı аltındа yаşаyаn zəngilаnlılаrın həyаtınа, təsərrüfаtınа, mənəviyyаtınа vurulаn zərbələri, ziyаnlаrı hеç bir ölçü vаhidi ilə, riyаzi hеsаblаmаlаrlа müəyyənləşdirməк mümкün dеyildir.

 

Sahəsi 707 kvadrat kilometr, əhalisi 37 min nəfər olan Zəngilanda işğal zamanı 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, təbii ehtiyatları mənimsənilir. Bir sözlə, Dünyada 2 – ci, Avropada 1 – ci yerdə duran Çinar meşələrindən indi əsər-əlamət qalmayıb.
Zəngilan rayonunun ərazisi və onun tarixi
Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi – 707 kvadrat km olan rayon şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası , qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

 

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə bölünmüşdür. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur.20 illik Zəngilan həsrəti: dünəndən bu günə nə dəyişdi?

 

1929-cu ildə ZSFSR-nin qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.

 

1967-ci ildə isə Zəngilana şəhər statusu verilir.

 

Zəngilan rayonunun qəhrəmanları

 

Hazırda əhalisi 37 min nəfər olan Zəngilan rayonunun əhalisi Qarabağ  müharibəsi illərində böyük fədakarlıqlar göstəriblər. Təsadüfi deyil ki, rayon müharibədə 238 nəfər qurban verib. Onlardan 44-ü itkin düşüb. Rayon əhalisindən iki nəfər qəhrəmanlığına görə, Milli Qəhrəman adına (Əsəd Əsədov (1958-1991) və Elnur Nuriyev (1975-1994)), üç nəfər “Аzərbаycаn Bаyrаğı” оrdеninə (Baloğlan Süleymanov (1960-1994), Adil Rüstəmov (1963-1992) və Bəhram Rüstəmov (1962-1994)), üç nəfər “Vətən uğrundа” mеdаla (Cəfərоv Sаrvаn Qüdrət оğlu, Аbdinоv Sərvər Fаmil оğlu və Cəbrаyılоv Хəqаni Sərdаr оğlu), doqquz nəfər “Hərbi хidmətlərə görə” mеdаla (Quliyеv Rаmаzаn Dünyаmаlı оğlu, Fеyziyеv Nаdir Bаhаdur оğlu, Rəsulоv Dаdаş Əmirхаn оğlu, Sаdıqоv Qоrхmаz İsmаyıl оğlu, Əliyеv Оruc Nоbаtəli оğlu, Quliyеv Ziyа Хеybər оğlu, Аllаhvеrdiyеv Qоrхmаz Bаhаdur оğlu, Оrucоv Еlşən Zülfüqаr оğlu, Həziyеv Əjdər Mеhdi оğlu) layiq görülüb.

 

Zəngilana növbəti erməni təxribatı

 

Zəngilanın iqliminin əlverişli və torpağının münbit olması, işğalçı Ermənistan rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi müxtəlif yalançı vədlərlə, ermənilərin Zəngilanda məskunlaşmaq siyasətini həyata keçirir. ATƏT-in Mins Qrupunun müxtəlif hesabatlarında, BBC-nin, “Azadlıq” radiosunun yerli müxbirlərinin verdiyi məlumatlarda Zəngilanda ermənilərin süni məskunlaşdırılmasının şahidi oluruq. Ermənistan diaspor naziri son açıqlamasında Zəngilanda 200-dən yuxarı erməni ailəsinin məskunlaşdığı barədə xəbər vermişdi. Təbii ki, həmin erməni ailələrinin çoxu Suriyada baş qaldıran vətəndaş müharibəsindən sonra Ermənistana üz tutan ermənilərdir. Qeyri-münbit, soyuq iqlimli ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan Suriya erməniləri, çıxışları zamanı Zəngilan torpaqlarında çox xoşbəxt görünürlər. Halbuki Ermənistan dövlətinin onlara müxtəlif kreditlər verəcəyi vədi ilə aldadılıblar. Onlar məskunlaşdıqları torpaqların Azərbaycana məxsus olduğunu və bir gün müharibə alovunun onların da başında çatlayacağını çox gözəl bilirlər.

 

Zəngilan həqiqətləri virtual aləmdə necə təşkil olunub?

 

Zəngilan rayonun işğalı və ümumi təbliğatı virtual sahədə yüksək səviyyədə təşkil olunub. Rayon icra hakimiyyətinin saytında (http://zengilan-ih.gov.az/index.html), bundan başqa Novruz Qərib oğlu Məmmədzadənin təsisçiliyi ilə  http://www.zengilan.com və http://www.zengilan.info/ kimi virtual resurslarda Zəngilan haqqında bütün məlumatları əldə etmək mümkündür. Bir neçə dildə fəaliyyət göstərən bu saytlardan başqa şəxsi təşəbbüslə yaradılmış bloqlar da təbliğat məsələsində öz işini görür.

 

Seymur Həsənli

 

KarabakhİNFO.com

 

 

29.10.2013 16:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*