Azərbaycanca

“20 Yanvar. Əsrin dörddə biri keçdi…” adlı disk hazırlanıb

19.01.2015 | 14:36

DDD

Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində “1905.az studio”  “20 Yanvar. Əsrin dörddə biri keçdi…” adlı  proqram hazırlayıb.

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron juranlı xəbər verir ki,  1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru  Fuad Babayevin verdiyi məlumata görə proqram, 12 dildə fəaliyyət göstərən saytın eyni adlı diskussiya klubunda keçirilmiş növbəti müzakirə zamanı çəkilib.

 

MÜZAKİRƏ

 

 

 

 

 

 

 

 

Publisist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndərin, şəhid Ülvi Bünyadzadənin yaxını, jurnalist Almaz Ülvinin, jurnalist-fotoqraf, 20 Yanvar hadisələrini bilavasitə lentə köçürən Fərid Xayrulinin, 20 Yanvar mövzusunda bir sıra rəngkarlıq əsərlərinin müəllifi, rəssam Nadir Bayrışovun və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin iştirak etdikləri müzakirədə Qara Yanvarın Azərbaycan tarixində oynadığı rol təhlil edilib. Müzakirə iştirakçıları öz xatirələrini bölüşüblər.

 

 

Disk şəklində də buraxılmış “20 Yanvar. Əsrin dörddə biri keçdi…” proqramına  1905.az portalında baxmaq mümkündür.

 

 

Qeyd edək ki, 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir. Portal AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə ötən ilin martında yaradılıb.

 

 

 

 

KarabakhİNFO.com

 

 

19.01.2015 14:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*