Azərbaycanca

20 yanvar Moskvanın “Qisas” əməliyyatı idi – ARAŞDIRMA FAKTLARLA

22.01.2015 | 17:09

Безымянный

 

Moskva Amerikanın təkidi ilə Bakıya qoşun yeridərək ermənilərin qısasın alıb! Faciənin əsas günahkarları tək Moskva deyil. Vaşinqton da eyni dərəcədə günahkardır”

 

 

1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı Bakı küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Maraqlısı budur ki, “20 yanvar” faciəsi azərbaycanlılara qarşı törədiləsə də, yalan informasiya sahəsində “ixtisaslaşmış” erməni “mediabazlar”ı “soyqırım” azarına tutulmuş və yaxud yoluxdurulmuş sadə erməniləri aldatmaqla kifayətlənmir, eyni zamanda, dünya ictimaiyyətində özlərinin psevdofaciələrinə mərhəmət hissi oyatmağa və ondan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onların bütün bu cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır. Bu yaxınlarda ermənilər dünya mediasında saxta siyahı hazırlayıb paylaşırlar ki, guya 20 yanvar hadisələrinin əsas mahiyyəti rus qoşunlarının “erməniləri xilas etməsi”  olub. Bu siyahıya diqqət verək

 

X_gTQ_pIkh0

 

 

spisok-2

 

 

spisok-3

spisok-4

 

 

 

 

Siyahıda adları çəkilən şəxslər,  əgər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öldürülüblərsə,  ermənilərin 1988-ci ildə Azərbaycandan deportasiya edilmələri barədə dediklərinin tam ağ yalan olduğu bəlli olur.

 

Bir faktı qeyd edək ki, 20 yanvar faciəsinə yaxın bir gündə, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir qrup üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib. Amerikalı senatorların müraciətində son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə, son hadisələr nəticəsində 4000-ə qədər erməni qaçqın vəziyyətinə düşüb.

 

getImage (1)

 

 

 

Bu məktubun yazılma tarixi və müraciət bir fikirə gəlməyə əsas verir: “Moskva Amerikanın təkidi ilə Bakıya qoşun yeridərək ermənilərin qısasın alıb! Faciənin əsas günahkarları tək Moskva deyil. Vaşinqton da eyni dərəcədə günahkardır”.

 

 

Bu işin icra olunması Amerikada erməni lobbisi və Moskvada oturan ermənipərəst vəzifələrin sayəsində olub. Bu qisas əməliyyatı olub və Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib.

 

 

“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında yazılır: “Hücumdan öncə əsgərlərə deyilib- Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin  yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.

 

 

Bu isə tərpənən hədəfi vurmaq anlamına gəlir ki, heç bir şəxsə güzəşt olmayacağı izahını verir. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə, 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

  • xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
  • adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
  • “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir

 

Və bu qırğının daha bir məqsədi- işğal faktoru medianın diqqətindən qaçır.

 

“20 Yanvar” faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının düşmən Ermənistan ilə sərhədlərində baş verən hadisələr, 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndlərinin yanvarın 19-da səhər təxminən saat 11:00 radələrindən etibarən daha intensiv hücumlara məruz qalması, Şərur rayonunun Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunması kimi faktları da unutmaq lazım deyil.

 

 

Hadisədən dərhal sonra isə ermənipərəst medialar yalan fotolar və məlumatlarla diqqəti başqa istiqamətə yönəltməyə çalışıb.

 

 

Bu fotonu erməni mediası oğlunu axtarmağa gələn erməni valideyni kimi qələmə verirlər. Onlar bu xəbəri yaymaqla insanların zəif hisslərindən məharətlə yayınmaq istəsələr də, bir faktı unudurlar. Əgər Bakıda erməni qırğını baş veribsə, erməni valideyn necə rahat surətdə Morqa gəlib öz övladın axtara bilərdi?!

 

310977

 

 

Daha bir yalan, fikir verin erməni mediası nə yazır: “Azərbaycanlı oğlanlar erməni qızını gecə saat 2-də gəzdiyi zaman, əlləridən tutub, zorla zibil qutusuna atıb, od vurub yandırdılar” – çox qəribə məntiqdir. Gecə saat 2-də erməni qızı küçədə gəzir və onu tutub yandırılar. Və əgər yandırılan hər hansısa bir erməni qızı varsa da, niyə onun adı yoxdur?! Xəyali bir erməni qızı! Bax bu, bir daha sübut edir ki, erməni xəstəliyi onların bütün gözünü kor edib, öz gördükləri işi bizim üzərimizə atırlar.

 

 

Daha bir yalana nəzər salaq. Aşağıdakı foto 1995-ci ildə İstanbulda aksiyalar zamanı çəkilib. Bütün dünya mediası bu fotonu o illərdə yayıb. Ermənilər bu fotonu ön səhifəyə çıxarıb guya Bakıda erməni mağazalarının qarət olunmasın yazırlar. 1990-cı ildə Bakıda bir erməni yaşamadığı halda onların necə mağazası ola bilərdi? Və ən azından burada da yalanlarını aşkar göstərirlər. Harada? – fotoda olan insanların geyimində.

 

 

Hələ bu azmış kimi, Ermənistanda yalançı ölülərin anım günün keçirirlər. 20 yanvar 2015-ci ildə erməni nazir Tiqran Sərkisyan utanmaz-utanmaz bəyanat verib. Bəyanatda həmin gecə “ölən” ermənilərin xatirəsini yaşatmağı erməni xalqı qarşısında vəzifə kimi qoyur.

 

 

Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə deyil. Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni genosidi”nin izləri kimi təqdim ediblər.

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

22.01.2015 17:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*