Azərbaycanca

20 Yanvarla bağlı sənədləri sizə təqdim edirik

19.01.2013 | 18:25

1358604907_qorbachovAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının nəşr etdirdiyi “20 Yanvar haqqında məlumat” kitabından Bakıda Fövqəladə Vəziyyət tətbiq edilməsi ilə bağlı sənədlər

Bakı şəhərində fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı (19 yanvar 1990-cı il)

 

Bakı şəhərində vəziyyətin kəskin surətdə gərginləşməsi, cinayətkar ekstremist qüvvələrin kütləvi iğtişaşlar təşkil edərək, qanuni fəaliyyət göstərən dövlət orqanlarını hakimiyyətdən zorakılıqla uzaqlaşdırmaq cəhdləri ilə əlaqədar və vətəndaşların müdafiəsi və təhlükəsizliyi naminə SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini əsas tutaraq qərara alır: 1990-cı il yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyət elan edərək, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 15 yanvar tarixli fərmanının qüvvəsi onun ərazisinə şamil olunsun.

SSRİ Ali Sovetinin sədri M. QORBAÇOV.
Moskva, Kreml.

19 yanvar 1990-cı il.
“Bakı”. – 1990. – 25 yanvar. – № 15 – S. 3.

 

Bakı şəhəri xüsusi rayonu komendantının əmri (1990-cı il, 20 yanvar)

 

№1 Bakı şəhəri.

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 20 yanvar tarixli qərarına uyğun olaraq, «Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa vilayətlərdə fövqəladə vəziyyət elan edilməsi haqqında» SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1990-cı il 15 yanvar tarixli fərmanı Bakı şəhərinə şamil edilmişdir. İctimai asayişi qorumaq, hüquqa zidd hərəkətlərin qarşısını almaq, vətəndaşların həyatının təhlükəsizliyini, müəssisə və idarələrin işini təmin etmək məqsədi ilə 1990-cı il yanvarın 20-si saat 23.00-dan etibarən komendant saatı tətbiq edilir. Komendant saatı 23-dən 6-dək qüvvədədir.

 

Əmr edirəm:
1. Bakı şəhəri xüsusi rayonu komendantının aşağıdakı tərkibdə idarəsi yaradılsın:
– Komendantın müavini – general-mayor Solodıkov V.D
– Komendantın siyasi hissə üzrə müavini general-mayor Kirilyuk A.İ
– Qərargah rəisi – polkovnik Sabusov V.V
– Komendantın arxa işləri üzrə müavini podpolkovnik Turkin A.M
– Rabitə rəisi – polkovnik Yarovoy G.N.
2. Bakı şəhəri xüsusi rayonunun tərkibində on bir komendant məntəqəsi yaradılsın:
№1 – 26 Bakı komissarı adına rayon. Komendant – polkovnik Rubtsov İ.V
№2 – Oktyabr rayonu. Komendant – polkovnik Bondarev P.T
№3 – Nəsimi rayonu. Komendant – polkovnik Korolkov V.N.
№4 – Nərimanov rayonu. Komendant – polkovnik Lisyuk R.t.
№5 – Kirov rayonu. Komendant – podpolkovnik Ponomoryev B.V
№6 – Lenin rayonu. Komendant – podpolkovnik Tolmoçov V. V
№7 – Nizami rayonu. Komendant – podpolkovnik Buntsev A.P
№8 – Xətai rayonu. Komendant – podpolkovnik Stolyarov A.A
№9 – Orconikidze rayonu. Komendant – mayor Demidov B.A.
№10 – Qaradağ rayonu. Komendant – podpolkovnik Dzantiyev K.B.
№11 – Əzizbəyov rayonu. Komendant – polkovnik Boyko M.Q.
– «Binə» aeroportu, Komendant – mayor Tixonov A.V.
– Məntəqə komendantlarına elan olunmuş ərazi hüdudlarında bu əmrin sözsüz yerinə yetirilməsinə dair vəzifələri həvalə edirəm. Komendantların başlıca vəzifəsi həmin ərazidə ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
3. Fövqəladə vəziyyət və komendant saatı dövründə aşağıdakılar qadağan edilir:
– yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin, nümayişlərin, habelə teatr-tamaşa, idman tədbirlərinin və başqa kütləvi tədbirlərin keçirilməsi;
– kütləvi informasiya vasitələrinin nəzarətsiz işləməsi;
– günün hər hansı vaxtında və ilk növbədə adamların həyat təminatı, xüsusilə ərzaq məhsulları təminatı ilə bağlı peşələr üzrə, səhiyyə, təhsil sahəsində, habelə nəqliyyatda, rabitə, enerji, qaz, su təchizatı, yanacaq-sürtgü materialları təminatı sistemində, kütləvi informasiya və mətbuat orqanlarında tətillər keçirənlər, qaydaları pozanlar məsuliyyətə cəlb olunacaqlar;
– odlu və soyuq silah, döyüş sursatı, partlayıcı maddələr və materiallar, güclü təsir göstərən kimyəvi və zəhərli maddələr gətirmək, saxlamaq;
– Bakı şəhərinin ərazisində saat 23.00-dan səhər saat 6.00-dək hər hansı nəqliyyat vasitələrinin hərəkəti;
– Müəyyən olunmuş rejimin saxlanmasını həyata keçirən şəxslərin fiziki yolla və ya sözlə təhqir edilməsi.

 

Qoşunlar və hüquq mühafizə orqanlarına aşağıdakı səlahiyyətlər verilir:
– təşkilatların və vətəndaşların, özfəaliyyət birliklərinin qanuna zidd olan fəaliyyətini dayandırmaq və ya onları buraxmaq;
– vətəndaşların şəhərə gəlişini və şəhərdən gedişini məhdudlaşdırmaq, başqa yaşayış otaqları verilməklə vətəndaşları yaşayış üçün təhlükəli rayondan köçürmək, lazım gəldikdə, həmin yerin sakini olmayan vətəndaşların oranı tərk etməyə məcbur etmək;
– vətəndaşlardan, zəruri hallarda isə müəssisələrdən, idarələrdən və təşkilatlardan odlu soyuq silahı, döyüş sursatlarını, partlayıcı, güclü təsir göstərən kimyəvi və zəhərli maddələri, habelə materialları müsadirə etmək;
– sənədləri yoxlamaq, zəruri hallarda isə vətəndaşlarda silah barədə kifayət qədər məlumat olduqda və silahı könüllü surətdə verməkdən imtina etdikdə, vətəndaşların üst-başını və əşyalarını yoxlamaq;
– ictimai asayişi pozmağı təhrik edən, fitnəkar şayiələr yayan, yaxud vətəndaşların və ya vəzifəli şəxslərin qanuni hüquq və vəzifələrini həyata keçirmələrinə fəal şəkildə mane olan, fövqəladə vəziyyət və komendant saatı rejimini pozan şəxslərin inzibati qaydada 30 gün müddətinə tutub saxlamaq, cinayət məsuliyyətinə cəlb etmək;
– vətəndaşların mənzillərində pasport rejiminə nəzarəti həyata keçirmək.

 

İctimai asayişin mühafizəsinə dair xidməti borcun yerinə yetirilməsini təmin etmək məqsədi ilə şəxsi heyətə onlara həvalə edilmiş vəzifələri yerinə yetirərkən müstəsna hallarda qanuna müvafiq olaraq qəti tədbir kimi silah işlətmək hüququ verilir.

V.S. Dubinyak
Bakı şəhəri, xüsusi rayonun
komendantı, general-leytenant

 

“KarabakhİNFO.com”

19.01.2013 18:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*