Azərbaycanca

Baş redaktorlar Heydər Əliyevi necə xatırlayır?

12.12.2014 | 12:00

heyder eliyev55“Azərbaycan yaşadıqca Heydər Əliyev həmişə bizimlə olacaq”

 

 

Ulu öndər Heydər Əliyev daim dövlətin, xalqın, millətin taleyini düşünürdü. Ümummilli lider hər bir sahəni, eləcə də KİV-in fəaliyyətini daim diqqətdə saxlayırdı. Onun KİV-in fəaliyyəti ilə bağlı qəbul etdiyi fərman və sərəncamlar mətbuatın inkişafına təkan verib. Məhz bunun nəticəsidir ki, Azərbaycan mediası bu gün inkişaf dövrünü yaşayır. Bu gün media rəhbərləri ulu öndərin media sahəsində atdığı addımları yüksək qiymətləndirir və onu rəhmətlə anırlar. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə e-Vuqar Rehimzadejurnalımıza açıqlamasında bildirdi ki, ulu öndər müstəqil Azərbaycan dövlətinin banisi, qurucusudur: “Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev ideyalarına söykənərək ölkəmizin daha da inkişaf etməsinin şahidi olur. Bu gün dünyanın hansı ölkəsində ulu öndər Heydər Əliyevin adı çəkilirsə, gözümün önündə Azərbaycan canlanır, eləcə də Azərbaycanın adı harada çəkilirsə, gözümüzün önündə ulu öndər canlanır. Bu iki vəhdət əbədidir. Azərbaycan dövlətinin hər bir vətəndaşı birmənalı şəkildə ulu öndərimizə borcludur. Biz ulu öndərimzin ideyalarını daim inkişaf etdirməliyik”.

 

 

Vüqar Rəhimzadənin fikrincə, ulu öndərin qoyduğu təməl prinsiplərinin reallaşması üçün azərbaycanlılar var gücü ilə çalışmalıdır: “Bu gün o ideyaları uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətə, ümumiyyətlə, bütün sahələrdə görülən işlərə vətəndaş mövqeyi nümayiş etdirib yardımçı olmalıyıq. Heydər Əliyevin bizim üçün doğum tarixi var. Onun ölüm tarixi yoxdur. Heydər Əliyev bizim üçün əbədidir, hər zaman var və Azərbaycan yaşadıqca o həmişə bizimlə olacaq”.

 

 

“Ulu öndər mətbuata xüsusi diqqət göstərirdi”

 

 

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev bizimlə söhbətində Namiq Eliyevqeyd etdi ki, cəmiyyətin ictimai-siyasi həyatında istedadlı şəxslər bütün tarix boyu öz sahələrində məktəb yaradıblar: “Məsələn, Azərbaycanda XII əsrdə ədəbiyyat sahəsində dahi Nizami Gəncəvi məktəbini, bir qədər sonrakı dövrdə Məhəmməd Füzuli məktəbini, memarlıq sahəsində Əcəmi Naxçıvani, astronomiya sahəsində Nəsrəddin Tusi məktəbini və s. göstərə bilərik. Siyasət sahəsində isə Azərbaycanın müasir dövlətçilik tarixində öz məktəbini yarda bilən yeganə şəxs, mən deyərdim ki, Heydər Əliyevdir. Fikrimi təsdiqləmək üçün Almaniyanın Azərbaycandakı keçmiş səfiri Klaus Qrevlixin Heydər Əliyevin siyasi-diplomatik qabiliyyəti haqqında dediyi sözləri xatırlatmaq istəyirəm. O, Amerikada beynəlxalq təhlükəsizliklə bağlı konfranslardan birində deyib: “Mən balanslaşdırılmış siyasətin necə aparılması yollarını Heydər Əliyevdən öyrənmişəm”.

 

 

Namiq Əliyev sözlərinə davam edərək Heydər Əliyevin təkcə siyasətçi yox, bir şəxsiyyət kimi də fenomenal xüsusiyyətlərə malik insan olduğunu diqqətə çatdırdı: “Mən onunla ilk görüşümü xatırlayıram. Moskvadan Naxçıvana təzə qayıtmışdı. Mənimlə bərabər, görüşdə bir neçə nəfər də iştirak edirdi. O, hadisələri elə dəqiqliklə- günü, ayı ili ilə deyirdi ki, bu qabiliyyətinə heyran qalmamaq olmurdu. Etiraf edim ki, uzun müddət bu görüşün təsirindən çıxa bilməmişdim”.

 

 

“Palitra” qəzetinin baş redaktorunun sözlərinə görə, Heydər Əliyev qarşısına qoyduğu məqsədləri qətiyyətlə həyata keçirməyi bacaran siyasətçi idi.

 

 

Namiq Əliyev ulu öndərin mətbuata xüsusi diqqət göstərdiyini də bildirdi: “Dəfələrlə olurdu ki, özü şəxsən köşklərə yaxınlaşıb qəzetlərlə maraqlanırdı. Mətbuatda gedən vacib yazıları, televiziya verilişlərini diqqətlə izləyirdi və onlara müvafiq reaksiya verirdi. Eyni zamanda jurnalistlərlə rəsmi və qeyri-rəsmi görüşləri olurdu. Bütün bunlar da ulu öndərin mediaya olan diqqətinin bariz göstəricisi idi”.

 

 

“Heydər Əliyev siyasətdə və idarəçilikdə məğlubiyyət tanımayan dövlət və siyasi xadim idi”

 

 

aydin-quliyev(1)“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, ümummilli lider Heydər Əliyevin barəsində təəssüratları şəxsi ünsiyyətlərdən və fəaliyyətinə olan çoxillik maraqlarından formalaşıb: “Heydər Əliyev siyasətdə və idarəçilikdə məğlubiyyət tanımayan dövlət və siyasi xadim idi. Şəxsi ünsiyyətlərdə səmimi, siyasi fəaliyyətdə və idarəçilikdə müqayisə olunmaz dərəcədə tələbkar idi. Böyük siyasətin və xalqın mənafelərinin tələb etdiyi yerdə və anda olmağı bacarırdı. Siyasi proseslərə və beynəlxalq münasibətlərə qlobal və çoxqütblü yanaşırdı, dərin və hərtərəfli düşünə bilirdi, qətiyyətli və son dərəcə cəsur idi. Siyasətin gücü ilə proseslərə təsir göstərməkdə əvəzolunmaz idi”.

 

 

Aydın Quliyevin sözlərinə görə, Heydər Əliyev siyasətdə çox nadir hallarda risk edərdi: “Bütün addımları və planları dəqiq hesablamalara, məntiqi təhlillərə söykənirdi. Tək-tük hallarda risk etmək lazım olanda isə riskin mümkün nəticələrini pozitiv və neqativ kontekstdə sonadək dəqiq götür-qoy etmədən hərəkət etməzdi. Siyasi taktikaları çoxistiqamətli, məqsədyönlü, həssas idi. Onun üçün siyasətdə gərəksiz fiqur, lazımsız təzahürlər anlayışı yox idi, zamanında və anında görülməyən, nəzərdən yayınan fiqurlar və təzahürlər anlayışı var idi ki, o, bütün fəaliyyəti, karyerası ərzində buna bircə dəfə də olsa yol vermədi.

 

 

Bütün hədəf və məqsədləri dəqiqliklə sıraya düzür, nəyi nə zaman etmək gərək olduğunu əvvəlcədən müəyyənləşdirə bilirdi. Siyasətdə xəyanəti bağışlamazdı, vicdanlı yanılmalara yol verənlərin isə günahından keçərdi. Ancaq bunu eyni insanlara münasibətdə təkrar-təkrar etməzdi. Bu, insanları öz vicdanlı yanılmalarından dərs götürmələri üçün onun tətbiq etdiyi ideal tərbiyə üsulu idi.
Həqiqətən bir məktəb idi, tərəfdarları da, əleyhdarları da ondan nəyisə öyrənməyə çalışırdılar, tək tərəfdarlarını yox, əleyhdarlarını da öyrətməyi, dərs verməyi bacaran şəxsiyyət idi. Heydər Əliyev təkcə söz və çıxışlarla, irad, tənqid və təriflərlə yox, mimika, hərəkət və maneralarla ətrafdakılara mətləb anlatmağı əla bacarırdı. Bu mənada o, susması ilə də danışmağı bacaran siyasətçilərdən idi”.

 

 

“Bakı-Xəbər” qəzetinin baş redaktorunun fikrincə, ulu öndər hər hansı bir auditoriya ilə ünsiyyətdə olmadan öncə onun maraqlarını, nə istədiyini dəqiq öyrənməyə çalışar və buna nail olardı: “Məhz buna görədir ki, Heydər Əliyev ünsiyyətdə olduğu hər növ publika qarşısında hamıdan hazırlıqlı görünər, insanların fikirlərini dəyişər, hamını arxasınca aparardı. Tək-tək adamlarla işləyib onları yönəltməkdə nə qədər mahir idisə kütlə və publika ilə işləməkdə ondan da mahir idi. 1988-1992-ci illərdə milyonların qatıldığı axını dayandırmaq, sonra isə öz arxasınca aparmaq Heydər Əliyevin müstəsna liderlik və taktikalılıq bacarıqlarının ən unikal nümunəsi sayıla bilər”.

 

 

A.Quliyev bildirdi ki, güclü xarizması ilə özünəqədərki bütün Azərbaycan liderlərini üstələyən Heydər Əliyev bu cəhətdən dünya çaplı siyasətçilərin arasında barmaqla sayıla biləcək şəxsiyyətlərlə müqayisə oluna bilər: “Çoxlarından fərqli olaraq xarizmasını şəxsən özü yaratmışdı, fəaliyyəti ilə, zəkası ilə, zəhməti ilə, istedadı ilə yaratmışdı. Heydər Əliyev əla bilirdi ki, bütün cəmiyyətdə olduğu kimi, onun öz çevrəsindəkilərin də heç də hamısı dürüst və ədalətli deyil. Ancaq hamıya naqislikdən dürüstlüyə keçid üçün bərabər şans tanıyar, hamıya göz qoyardı. Kimin bu şansdan necə bəhrələnməsi isə həmin kəslərin öz problemi idi. Bu, Heydər Əliyevi ədalətli insan kimi tanıdan ən böyük keyfiyyətlərindən biri idi”.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

12.12.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*