Azərbaycanca

Niderlandla Azərbaycan hərbi sahədə əməkdaşlıq edə bilər

14.01.2015 | 14:19

aaa

 

 

Yanvarın 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsen ilə görüşüb.
KarabakhİNFO.com-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə,  görüşdə nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasının və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

 

 

Dialoq əsnasında Azərbaycanla Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

 

 

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

 

 

 

 

“KarabakhİNFO.com”                                       

 

 

 

14.01.2015 14:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*