Azərbaycanca

24 aprelin əsl mahiyyəti nədir?

24.04.2014 | 15:31

1398338974_inanmaUtopiyaya  yeni  fantaziyalar əlavə edən erməni  ideoloqlarının təxəyülləri pik nöqtəyə çatıb. Bu da ədəbiyyatlarda öz yerini tutmağa çalışan yeni  erməni  mifinin yaranması deməkdir. Bu mif, yəni  qondarma “erməni soyqırımı” haqda çox sayda romanlar  yazılıb, filmlər çəkilib. Bu sırada “Ana”, “Musa dağında 40 gün”, “Van gölü üzərində günəşin doğuşu” adlı filmləri sadalamaq olar. “Mayriq” filmində Azad adlı erməni uşağı Fransanın Marsel şəhərinə köç etmələrini xatırlayır. Soqomon Teyleryanın Tələt paşanı öldürməsi, o cümlədən məhkəmə prosesi də filmdə əksini tapıb. Ekran əsərində S.Teyleryan qatil kimi yox, təqsirsiz insan kimi təqdim olunur. “Musa dağında 40 gün” filmində isə 1915-ci il köçü “böyük faciə” kimi təqdim olunub. “Van gölü üzərində günəşin doğuşu” ekran əsərində müasir dövr canlandırılsa da, Amerikada yaşayan erməni ailəsinin timsalında 24 aprel yad edilir. Yaşlı erməninin Türkiyə konsulluğunun qarşısında bu ölkənin bayrağını benzinlə yandırmaq cəhdi, öz nəvəsinin əslən türk olan qızla münasibətindən qəzəblənməsi əks olunur. Hələ də kin bəsləməkdə davam edən ermənilər qara qəlblərində nifrət yaşatmaqla qürur hissi keçirirlər. Erməni istehsalı olan istənilən ekran əsərində “türk” sözü nifrətlə yad edilir. Bu danılmaz faktdır. Ermənilərin iddia etdikləri soyqırmın mahiyyəti, səbəblərini  aydınlaşdırmaq lazımdı.

Bəzi müəlliflər qeyd edir ki, əslində ermənilərin Osmanlıda üsyan etməsinə əsas səbəb hökümət tərəfindən qəbul olunan Təhcir qanunu olub. Halbuki, tarixi faktlar sübut edir ki, üsyanlar qanundan  çox əvvəl başlayıb. Erməni yazıçısı Leo 1915-ci ildə Tiflisdə nəşr olunan “Erməni məsələsi sənədləri” əsərində onların türklərə qarşı vuruşması haqda yazır: “erməni üsyanları “Təhcir”-dən xeyli əvvəl başlayıb. Muş və Ovada 7 min erməni silahlandırılmışdı. Bir çoxları öz silahları ilə türk ordusundan qaçmışdı. Rus ordusu yaxınlaşdıqca Muş bölgəsində səfərbər edən erməni gəncləri üsyan bayrağını qaldırmağa hazır vəziyyətdə dayanmışdılar”.

I dünya müharibəsi dövründə, 1915-ci ilin yazında Osmanlı dövləti bütün cəbhələrdə müharibə edirdi. Düşmən dövlətləri bir yolla Osmanlı ərazisinə daxil olmaq istəyirdi. Xüsusən də daxildə olan separatçı qüvvələr-erməni partiya və cəmiyyətləri vahid halda birləşir, erməni üsyançılarına təxribat, qiyam törətməkdə istiqamət verirdilər. Onlar bununla Şərqi Anadoluda müharibə cəbhəsini və arxa cəbhəni ağır vəziyyətə salaraq, Osmanlı dövlətinin məğlubiyyətinə şərait yaratmaq istəyirdilər.

Ermənilərin fəaliyyətinə son qoymaq üçün Osmanlı Daxili İşlər Nazirliyi belə qərar qəbul etdi:

-erməni partiya, komitə, cəmiyyətlərinin bağlanması

-əmlaklarının müsadirə olunması

-başçılarının nəzarətdə saxlanılması

-daha fəallarının hərbi məhkəməyə cəlb olunması

-günahkarların cəzalandırılması

24 aprelin mahiyyətini araşdırsaq görərik ki, ermənilərin soyqırım adlandırdığı, osmanlının təşkil etdiyi bu köç tədricən 2 il ərzində (1915-1916-cı illər) baş verib. Əslində ermənilər bu günü bayram kimi qeyd etməli idilər. Çünki 24 apreldə ermənilər Osmanlıda dövlət çevrilişi etməyi planlaşdırmışdılar. Nəticə olaraq bu tarixi Anadoluda erməni dövlətinin yaranması kimi qeyd edəcəkdilər. Çox keçmədi ki, onların mənfur planı Osmanlı hökuməti tərəfindən aşkar olundu və müvafiq tədbirlər görülməyə başlanıldı. Elə həmin tarixdə yəni 24 apreldə erməni komitələrinin və partiyaların terror başçılarından ibarət  2345 nəfər üzvü həbs olundu.

Digər maraqlı cəhət ondan ibarətdir ki, erməni üzvləri həbs olunduğu gün Eçmiədzin katalikosu ABŞ prezidentinə teleqram göndərmişdi. Teleqramın məzmunu belədir: “Hörmətli prezident, Türkiyə Ermənistanından gələn son məlumata görə, orada ermənilərin qırğını başlamışdı. Təşkil olunan təqiblər erməni xal­qının mövcudluğunu təhlükədə qoymuşdu. Ali həzrətləri, bu ağır anda sizin nəcib hisslərinizə mənim və erməni xalqının ehtiyacı vardır. Xahiş edirəm ki, insanlıq və xristian mərhəməti naminə təcili olaraq Sizin böyük respublikanın diplomatik köməyi ilə işə qarışasınız və mənim xalqımı Türkiyədə türk fanatiz­minin törətdiyi özbaşınalıqlardan müdafiə edəsiniz. Gevork, bütün ermənilərin arxiyepiskopu və katolikosu”.

Teleqram  24 aprel tarixində ünvanına çatıb. Bu da onu deməyə əsas verir ki, teleqram əvvəlcədən hazırlanıb. Bununla yanaşı hələ də  müxtəlif tarixlərdə ermənilərin çıxışları səngimək bilmirdi. 23 iyul 1915-ci ildə–Boğazlıyanda, 1 avqustda–Fındıqcıqda (Maraş), 9 avqustda– Hermüşdə (Urfa), 14 sentyabrda–Musa Dağda (Antalya),  7 fevral 1916-cı ildə–İslahidə, 4 aprel 1916-cı ildə–Akdaqmadeniyada, 9 aprel 1916-cı ildə –Tosedə üsyanlar davam edir, kəndlər, şəhərlər yandırılır, dağıdılır və türk əhalisi dözülməz işgəncələrə məruz qalaraq öldürüldü. 1915-ci ildə Ənvər paşa bu barədə Daxili İşlər Nazirliyinə 2 may tarixli məktubunda Van gölü ətrafında ermənilərin özbaşınalığı, güclü silahlanmaları haqda məlumat vermişdi. Məktubun sonunda isə baş verəcək hadisələrin qarşısını almaq üçün ermənilər və ailələrinin rus ərazilərinə köçürülməsi və ya Anadoludan çıxarılaraq, müxtəlif yerlərə yerləşdirilməsinin vacibliyi vurğulanıb.

Osmanlı höküməti vəziyyətin ciddiliyini nəzərə alaraq qərar verir. Məclis tətildə olduğu üçün hökumət 27 may köçürülmə haqqında (Təhcir) qanuna əsasən qərar çıxarır. Qərar 1915-ci ildə 15 sentyabrda parlament tərəfindən təsdiq edilib. Bu qanunun layiqincə ədalətli yerinə yetirilməsi üçün əlavə 2 qətnamə çıxarılmışdı. Bunlardan biri insanlara digəri isə daşınmaz əmlaka aid məsələlər idi. Qeyd edək ki, Osmanlı tərəfindən təşkil eidlən köçürülmə prosesi də humanist formada təşkil edilmişdi. Osmanlının digər humanistliyi bu idi ki, köçürülmə haqda qanunun  maddələrində  bir dəfə də olsa “erməni” kəlməsi işlədilməmişdi. Yalnız imperiya daxilində hökümətə qarşı çıxan, əmrlərə itaət etməyən, silahlı müqavimət göstərən və düşmənə cəsusluq edən  kimsələrə qarşı görülmüş tədbir idi.

Erməni ideoloqlarının görünməyən üzlərini xarici mütəxəssislər əsaslı faktlarla ifşa etmişlər. “Musa dağında 40 gün” əsəriinin müəllifi Franz Verfelin yaxın dostu Abraham Sever bu kitabı yazmaq üçün Verfelin heç vaxt Ermənistana  getmədiyini, fikirləri dostlarının dilindən qələmə aldığını bildirmişdi.

Verfel ölümündən əvvəl A.Serverə ermənilərin uydurduqları nağıllara inandığından peşman olduğunu, lakin erməni-daşnak teroristləri tərəfindən öldürüləcəyindən qorxduğu üçün heç nə edə  bilmədiyini də etiraf etmişdi. Fransız tədqiqatçısı Gilles Veinstein də erməni soyqırımı yalanını üzə çıxarıb. Nəticədə o, erməni diasporası tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalaraq ölümlə hədələndi. Bundan sonra tədqiqatçının yalançı soyqırım haqda  hər hansı müsahibəsinə və tədqiqatına rast gəlinməyib.

Ermənilər arasında vicdan səsini dinləyənlər nadir hallarda tapılır. Belə ki,  Ermənistanın ilk baş naziri Ovaness Kaçaznuni 1923-cü ildə Buxarestdə erməni məsələsi ilə bağlı keçirilən Daşnaqların iclasında əsl həqiqətlər “Daşnaq partiyasının edəcəyi bir şey yoxdur”  adlı sənədi  təqdim etmişdi. Kaçaznunin ermənilərin bu faktı qəbul etmək və eşitmək istəmədiklərini  etiraf  etməyi bacarmışdı. Soyqırımın olmadığı, ilk  olaraq ermənilərin türklərə qarşı müharibəyə  başladığını  etiraf etməsi sözsüz ki,  ermənilər tərəfindən kəskin hiddətə səbəb oldu. Sənəd  daha  sonra  kitab şəklində çap  olunsa  da,  Ermənistanda qadağan edildi və avropa  kitabxanalarından yığışdırıldı. İngilis tarixçisi Dr.Norman Stone “erməni soyqırımı yoxdur, həbsə girməyə hazıram” deməsi ermənilərin əməllərinə bələd olduğunu göstərir. Ermənilər özlərini yazıq görkəminə sala bilərlər, amma  qanlarında axan qəddarlıq və terrorizm kimi genetik xüsusiyyətlərini gizlədə bilməzlər.

İstifadə olunan mənbələr:
Y.Qazıyev. “Erməni Məsələsi- Yalanlar və gərçəklər”. Bakı, 2009
E. Feigl. “Ermeni mitomanyası.” Ankara, 2007
M. Saray. “Ermeni soyqırımı hakkındakı gerçəklər”.

Türkan Məhərrəmova

“KarabakhİNFO.com”

 

24.04.2014 15:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*