Azərbaycanca

13 yaşlı 20 yanvar şəhidi – FOTO

20.01.2015 | 10:38

asdasd

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,

 

Kuklan sənə laylay çalar.

Sən özün də kukla idin.

Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

 

 

 

 

 

Bu sözlər xalq şairi Bəxtiyar Vahabzadənidir.20 yanvar 1990-cı ildə, qanlı gecədə şəhid olan 13 yaşlı Məmmədova Larisa Fərman qızına həsr edilib.

 

 

1977-ci il avqustun 11-də Bakı şəhərində anadan olub. Bakıdakı 134 nömrəli məktəbin 7v sinfində oxuyurdu, musiqi təhsili alırdı O müdhiş gecədə xalqmızın müxtəlif yaşlı insanları içərisində Larisanı hər dəfə xatırlayırıq. 13 yaşlı Larisa 19-dan 20-ə keçə gecə “mən xalqımızı və bayrağımızı görmək istəyirəm”- , deyib evdən atası ilə çıxıb. O müdhiş gecə atası Fərmanın işlədiyi parkın işçiləri ilə birlikdə L. Şmidt adınazavodun yanında “İkarus” avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almışdır…

 

 

Atasını ölümün pəncəsindən xilas etsələr də, Larisanın həyatını xilas etmək mümkün olmadı. 13 yaşlı şəhid Larisa Məmmədovaya “Azadlıq uğrunda fəxri mübariz” adı da verilib.

 

 

O gündən Larisanın anası Ukraynanın Donetsk vilayətindən öz səadətinin ardınca Azərbaycana gəlmiş, Qalina Urvaçova-Məmmədova ümumxalq kədərini qəribə bir özünəməxsusluqla yaşayır.

 

 

Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə hər kəs Larisadan danışır. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 saylı məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir. Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız əbədi ürəklərdə yaşayır və yaşayacaqdır.

 

 

 

 

 

Aynur Tağıyeva
AMEA-nın əməkdaşı
KarabakhİNFO.com

 

 

20.01.2015 10:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*