Azərbaycanca

Rusiya – Ermənistan münasibətləri – ARAŞDIRMA

28.01.2015 | 16:07

???????????????????????????????

Rusiyalı səfir: «Ermənistan Dağlıq Qarabağ ilə birlikdə Zaqafqaziyada bizim yeganə əsl müttəfiqimiz və strateji tərəfdaşımızdır»

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki,    Rusiya ilə Ermənistan münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar arasındakı əlaqə möhkəm hüquqi bazaya əsaslanmışdır. Hələ 1991-ci il 29 dekabrda iki ölkənin Rusiya Federasiyasının və Ermənistanın prezidentləri BorisYeltsin və Levon Ter-Petrosyan «Dostluq və əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında» müqaviləni imzaladılar.

 

 

 

 

Müqavilədə Rusiya və Ermənistan arasında başqa sahələrlə yanaşı hərbi, iqtisadi, elmi-texniki, humanitar və başqa sahələrdə əməkdaşlığın əsas istiqamətləri nəzərdə tutulmuşdur.

 

 

Rusiya Federasiyası ilə Ermənistan hərbi əməkdaşlıq da mövcuddur. Rusiya ilə Ermənistan arasnda “Dostluq, əməkdaşlıq və qarşılıqlı kömək haqqında” müqavilədə göstərilmişdir ki, bu dövlətlər öz milli təhlükəsizliklərini və müdafiə sahəsində quruculuqlarını sərbəst həll etməklə yanaşı, həmin sahələrdə öz aralarında sıx əməkdaşlıq edəcəklər. O cümlədən, müqavilənin 6-cı maddəsində qeyd edildiyi kimi, hərbi kontingentlər ayrıca müqavilərlə bir ölkənin ərazisindən digər ölkənin ərazisinə gələ bilər.

 

 

1992-ci il 21 avqustda Ermənistanla Rusiya  arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında müqavilə imzalandı. Elə həmin vaxtda Rusiya ilə Ermənistan arasında daha bir saziş – «Silahlı qüvvələrin qarşılıqlı texniki və maddi təminatı haqqında» bağlandı.

 

 

İki dövlət arasında bir sıra sənədlər Ermənistan ərazisində MDB sərhədlərinin qorunması barədə imzalandı. Məsələn, 1992-ci il 30 sentyabrda Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası sərhəd qoşunlarının statusu və onların fəaliyyəti şərtləri haqqında müqavilə imzalandı. Bu Müqavilənin hazırlanmasında əsas səbəblərindən biri Ermənistanın Türkiyə və İranla təhlükəsizliyinin təmin edilməsi üçün Rusiyanın sərhəd qoşunlarının bu ölkəyə gətirilməsinin müqavilə əsaslarını yaratmaq idi.

 

 

Rusiyanın Ermənistandakı sərhəd qoşunları sərhəd qoşunları üzrə kadrlar hazırlanmasında da Ermənistana köməklik göstərir.

 

 

Rusiya Federasiyası ilə Ermənistan arasında 25 yanvar 1994-cü ildə bağlanmış Protokola əsasən Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının maliyyələşdirilməsinin yarısını, yəni 50 faizini Ermənistan öz öhdəsinə götürmüşdür.

 

 

1994-cü il 15 martda Rusiya ilə Ermənistan arasında bağlanmış müqaviləyə əsasən, Ermənistan vətəndaşlarına Ermənistan ərazisində yerləşən Rusiya sərhəd xidməti qoşunlarında xidmət etmək icazəsi verilmişdir. Artıq Ermənistan ərazisində Rusiya Federasiyasının iri qoşun birləşməsi vardır. Həm də yuxarıda qeyd olunduğu kimi bu qoşunların komplektləşməsi üçün Ermənistan vətəndaşlarından da istifadə olunur.

 

 

Bunlar işlərin görünən tərəfidir. Sənədlər, araşdırmalar sübut etmişdir ki, Rusiya və Ermənistan 2 dövlət arasında və MDB ölkələri arasında bağlanmış müqavilə öhdəlikləri çərçivəsindən kənarda da çox geniş hərbi əməkdaşlıq edirlər. 1997-ci il aprelin 2-də Rusiya Federasiyasının Dövlət Dumasına Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bildirildi ki, 1993-1996-cı illərdə Rusiya Müdafiə Nazirliyinin xətti ilə Ermənistana böyük miqdarda raket kompleksi, o cümlədən R-17 raket kompleksi, «Kruq», «Osa» raket-zenit kompleksi, T-52 tankları, «Qrad» reaktiv qurğuları, «İqla» raket kompleksi verilmişdir.

 

 

 

Rusiya Ermənistanın Atom Elektrik Stansiyasının bərpa edilərək yenidən istismara verilməsində yaxından iştirak edib. Daha doğrusu, bu işi Rusiya görməsəydi, həmin stansiya Ermənistanın xüsusi qüvvəsi, imkanı ilə heç zaman bərpa olunub istifadəyə verilməzdi.  Məlumdur ki, MDB ölkələri arasında «Atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında» müqavilə vardır. Bu müqaviləni və Ermənistanın enerji böhranını bəhanə edən Rusiya və Ermənistan 1994-cü il 14 martda Ermənistan Atom Elektrik Stansiyasının bərpası və əvvəlki vəziyyətə gətirilməsi, onun sənaye istismarı barədə büqavilə bağladılar. Rusiya Ermənistana atom energetikası ilə əlaqədar başqa sahələrdə, o cümlədən, kadrlar hazırlanmasınada da köməklik göstərir. Hazırda Rusiya Ermənistan AES-i ilə bağlı səhmlərin yarısına sahibdir.

 

 

Rusiya Ermənistana humanitar, sosial sahələrdə və təhsil sferasında hərtərəfli yardım göstərir.

 

 

Rusiyanın Azərbaycana qarşı siyasi strategiyasında «erməni kartı» mühüm yer tutur. Dağlıq Qarabağın erməni təcavüzkarlarını əsasən, Rusiya silahlandırır. Rusiya silahlı hərbi münaqişələri psixoloji informasiya vasitəsilə gücləndirir, professional qüvvələrdən istifadə edir. Moskvada yaradılan «Rusiyanın Qarabağ ziyalıları» adlı cəmiyyət Azərbaycan xalqının əleyhinə təbliğat aparır.

 

 

Ermənistan Rusiya hərbi strategiyasının oyuncaq dövlətinə çevrilib. Onu da əlavə etmək  gərəkdir ki,  Rusiya  Gürcüstan  ərazisindən  çıxarılan  qoşunlarını və  hərbi  sursatı  da Ermənistan rəazisində  yerləşdirir ki,  bu da  regionda  vəziyyəti  daha  da   mürəkkəbləşdirir.

 

 

Ermənistanda  elə qələmə verməyə  çalışırlar  ki,  guya  Zaqafqaziyada,  ümumiyyətlə,  regionda  bütün  xalqlar  və  dövlətlər  Rusiyaya  düşməndir, rusların  yeganə  dost  və  müttəfiqləri  ermənilərdir.  Bütün bunlar  hamısı ona xidmət edir ki, rusların, Rusiya dövlətinin  qılığına  girmək, onlardan daha çox güzəştlər  qoparmaq.

 

 

Rusiyanın Ermənistandakı keçmiş səfiri V.Stupin “XXI əsrin astanasında Rusiya ilə Ermənistanın strateji tərəfdaşlığı” adlı məqaləsində yazmışdı ki, «Ermənistan Dağlıq Qarabağ ilə birlikdə Zaqafqaziyada bizim yeganə əsl müttəfiqimiz və strateji tərəfdaşımızdır».

 

 

 

 

 

 

 

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

KarabakhİNFO.com

 

 

28.01.2015 16:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*