Azərbaycanca

Ermənistan “lənətə” gəlib – ANALİTİK ŞƏRH

31.01.2015 | 13:15

cs   Ordu cəbhədəki itkilər və intiharlar səbəbindən boşalır, meydan dolur

 

 

2015-ci il başlayandan bəri Ermənistan və ermənilərlə bağlı proseslər anlaqsız şəkil alıb. Rusiyada baş verən məlum iqtisadi böhranın Ermənistan iqtisadiyyatını da uğursuz böhrana salması, arxasınca Gümrüdə yerləşən Rusiyaya məxsus hərbi hissədə xidmət edən rus əsgərinin bir erməni ailəsinin 6 (azyaşlının ölümü ilə bu rəqəm 7-yə çatdı) üzvünü qətlə yetirməsi nəticəsində gərginləşən Rusiya-Ermənistan siyasi münasibətləri, Erməni xalqının ölkənin mövcud siyasi hakimiyyətinin, ədliyyə və polis orqanlarının iş yarıtmazlığına etiraz olaraq küçələrə axışması, bizə bu anormallıqla bağlı bu fikri yürütməyə əsas verir. Adıçəkilən qətl hadisəsi hətta iki ölkə arasındakı diplomatik münasibətləri belə deformasiyaya uğratdı. Rus əsgərinin törətdiyi qətl hadisəsini hər nə qədər ictimailəşməsinə imkan verməsələr belə, reallıq öz sözünü dedi və münasibətlər elastik əşya kimi əyilərək öz formasını dəyişdi.

 

 

asas

Məsələyə bir qədər də geniş yanaşmaq olar. Belə ki, son vaxtlarda ermənilərin diasporalara hərbi xidmətlə bağlı başlatdığı “orduya gəl” kampaniyası kadr çatışmazlığının növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Xüsusilə, diaspora gənclərinin orduya çağırılması vəziyyətin nə dərəcədə acınacaqlı olduğunun əyani göstəricisidir. İş o yerə çatıb ki, başladılan kampaniya ilə əlaqədar Müdafiə Nazirliyində diqqətəlayiq görüş də keçirilib. Diaspora naziri Hranuş Hakopyan təşkil etdiyi “Evə gəl” proqramı iştirakçısı olan erməni diasporasının 50 gəncini Ermənistanın müdafiə naziri Seyran Ohanyanın yanına aparıb. Görüş zamanı diaspora naziri “Evə qayıt” proqramı çərçivəsində Ermənistanın Müdafiə və Diaspora Nazirliklərinin əməkdaşlığını yüksək qiymətləndirərək qeyd edib ki, “əməkdaşlığın inkişafı “Orduya gəl” proqramını həyata keçirməyin mümkünlüyünü reallığa çevirir”. Bununla da, guya erməni ordusunun nə qədər yaxşı olduğunu göstərmək üçün əvvəl bir neçə diaspor ermənisinin beynini yeyərək orduya aparacaqlar. Sonrasında isə danışılacaq ki, tez-tez baş verən qətllər və intiharlar isə yəqin təsadüflərdir. Sonra, madam ki, sürətlə artan miqrasiya, qətllər və intiharlarlar, bir-birini zədələmə və hərc-mərclik səbəbindən orduda əsgərlərin sayı azalır, həmin çatışmazlığın yerini bu qaydada doldurmağa ümid var.

 

 

aqq

Onsuz da “şanlı erməni ordusunun” “qəhrəmanlıqları” sərhəd tanımır. Güllələmə, intiharlar və digər xoşagəlməz faktlar. Üstəgəl də, hazırda ordudan yayınma halları da Ermənistan Respublikasında kifayət qədərdir.

 

 

Əminliklə deyə bilərəm ki, illərdir formalaşdırılan və az qala abidələşdirilən rus-erməni “qardaşlığı”nın nə qədər mütəhərrik olduğunu təkcə bir fakt isbat etdi. Permyakovun törətdiyi qətl hadisəsi.

 

 

ввввффф

Bu hadisə ölkədə bir anda ictimai-siyasi vəziyəti dəyişdi. İğtişaşlar yaşandı, kütləvi saxlanmalar oldu, eləcə də polis etirazçılara qarşı gözyaşardıcı bombalardan istifadə etdi. Sanki illərdir rus vassallığından bezən erməni vətəndaşları yığılan aqressiyanı partlatmağa bir fürsət axtarırdılar ki, o da Permyakovun əli ilə işə düşdü. Bomba Gümrüdə partlasa da, partlayışın səsi İrəvana, hətta Moskvaya qədər gedib çıxdı. Yerli mətbuat isə bunu “Gümrü qırğını” kimi təqdim etdi.

 

 

sas

Hər zaman güllə səslərinin cəbhə xəttində eşidiləcəyinə öyrəşmiş kütlə, bu hadisəyə səssiz qalmadı.İnsalar öz etirazlarını müxtəlif formada bəyan etdilər. Ordudan gələn bir xəbər bir anda bütün ölkə gündəmini dəyişdi .Ordu demişkən, Ermənistan ordusu ilə bağlı son itkilər də ürək açan deyil. Bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı bəyanatda 17 erməni hərbçisinin öldürülməsi, 20-ə qədərinin isə yaralanması faktı təcavüzkar dövləti təşviş etməyə bilməzdi. 26 gündə 17 ölü. Elə bu səbəbdəndir ki, Ermənistan mətbuatında paytaxt İrəvanda yeni mitinqlərin davam etməsi xəbərləri, lakin hədəfin 29 yanvar mitinqindən etibarən başqa istiqamətə yönədilməsi də diqqətdən kənar deyil. Keçirilən son mitinqlərdə mövzu əvvəlkilər kimi eyni; cəbhədəki son itkilər.

 

 

Amma nədənsə siyasi şərhçi Karen Vardanyanın təşkil etdiyi bu mitinqdə(29 yanvar mitinqi) Ermənistan hökuməti və Rusiyaya deyil, ATƏT-ə etiraz bildirildi. O ATƏT-ə ki, 20 ildən çoxdur ki, Ermənistana Azərbaycan torpaqlarını işğal etdiyinə görə, bircə dənə belə qətnamə qəbul etməyib. O ATƏT-ə ki, üzvləri arsında ABŞ və Fransa da var. Bir qədər də simvolik yanaşsaq, Rusiyanı başının iqtisadi böhrana qarışması kimlərisə sümüksüz qoyub. Ət atan yoxdur sanki. Bəlkə də hədəf ona görə ATƏT seçilib. Axı, ATƏT sözünün tərkibində “ət”, “at” var.

 

 

 

caa

Doğrudur, Gümrüdə Rusiya əleyhinə keçirilən aksiyalara cavab olaraq, İrəvanda təşkil edilən mitinqdə hədəfin dəyişdirilməsi taktikası ictimai fikri Rusiyadan yayındırmaqdan da ibarət ola bilər. Çünki bu taktikadan(yeni mitinq olacağı anonsu) öncə artıq Rusiya səfirliyi verdiyi açıqlama ilə istiqamətin dəyişdirilməsi üçün zəmin hazırlamışdı. Həmin açıqlamada cinayətkarın və arxasında duranların cəzalandırılacağı bəyanatı da hədəfi yayındırmağa hesablanmışdı. Arxasında duranlar. . . Sanki rus əsgərinin arxasında Rusiyanın özü deyil, hansısa başqa dövlət dayanır. Hətta Rusiya bu açıqlama ilə kifayətlənməmiş, Ermənistandakı Rusiyaya meylli mətbuat orqanları bu məsələnin digər tərəfini Azərbaycan və Türkiyə ilə bağlamağa da çalışdılar. Maraqlısı orasıdır ki, ortalığa atılan bu fikrə elə ermənilərin özlərindən cavab gəldi. Belə ki, Ermənistanın asbarez.am saytının yazdığı məqalədə Los Ancelesin “Geopolitika” klubu (üzvlərinin bir hissəsinin ermənilərdən ibarət olan) açıqlamasında ortalığa atılan Azərbaycan və Türkiyə amilinin oratalığa atılmasını tənqid edərək rusları Ermənistanda daxili sabitliyi pozmaqda və erməni xalqına qarşı alçaq mövqe tutmaqda ittiham etdi, eləcə də Ermənsitan ordusunun zabit heyətini Rusiya təxribatlarına uymama çağırışları da ortaya atılan qurama ittihamın cavabıdır. “Gepolitik” klubu hətta bir qədər də irəli gedərək, Permyakovun törətdiyi əməli “bu, Rusiyanın Ermənistana hücumudur” adlandırdı.
Amma istənilən halda, siyasilərin açıqlamalarıyla fikir və hədəf hara yayındırılsa da, hazırda Ermənistanda yaşananlar ortalıqdadır. Ordu cəbhədəki itkilər və intiharlar səbəbindən boşalır, meydan dolur.
Tək bir qətl hadisəsi ölkənin bütün ictimai-siyasi sektorunu dilə gətirdi. Kütlələr meydana çıxdı. Xaricdəki diaspora təşkilatları belə okeanın o tayından səslənərək Rusiyanı tənqid etməyə çalışdılar.

 

 

caaa

Keçmiş prezident Köçəryan da fürsət bilib dilə gəldi və hökuməti iqtisadi və siyasi mühiti anormallaşdırmaqda ittiham etdi. Qısacası, 1 əsgərin hərəkəti Ermənistanda hərakat yaşatdı. Hərbi, diplomatik, siyasi və ictimai sektorlarda. Düşünürəm ki, Permyakovun atdığı güllələr təkcə bir erməni ailəsini qətlə yetirmədi, həm də rus-erməni münasibətlərinin ilk analiz-testini ortaya çıxardı.

 

 

??????????????

Bizimçünsə ən diqqətçəkən məqam; Lavrovun “Dilqəm Əsgərovun məsələsi erməni tərəfi ilə müzakirə olunacaq” mesajı idi. Bu mesaj Ermənistana göndərilmişdi. Özü də Ermənistanda son vaxtlar yaşananlar fonunda genişlənən etiraz dalğasının yeni fazaya keçdiyi ərəfədə. Bizə isə bu məqamda Lavrovun girovumuzla bağlı tutacağı mövqe və İrəvanda davam edən mitinqqlərin sonunu gözləmək qalır. . .

 

 

 

 

 

Kamil Oruc
“KarabakhİNFO.com”

 

 

 

31.01.2015 13:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*