Azərbaycanca

Dündar Keşaplı: “Öncə ermənilər Azərbaycan xalqından üzr istəməlidir”

12.05.2015 | 11:02

11216418_371979666323244_601023262_n

Onunla Xocalı soyqırıma həsr olunan tədbirdə təsadüfən rastlaşdıq. Dostları ilə birgə gəlmişdi və maraqlı çıxış etdi. Sonradan Azərbaycana gəlişinin səbəbini aydınlaşdırmağa çalışdıq. Müsahibimiz İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin prezidenti Dündar Keşaplıdır.

Bakıya xoş gəldiniz. Sizi bura gətirən nədir?

Mən 26 ildir İtaliyada yaşayıram. Həm jurnalistəm, həm də Ağ dəniz və Arpova Jurnalistlər Dərnəyinin rəhbəriyəm. Hazırda isə dostlarla birgə İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətini qurmuşuq. İndi onun təqdimatı etmək üçün Bakıdayam.

Bu qurumun məqsədi nədir?

Dostluq Cəmiyyətinin məqsədi iki ölkə arasındakı münasibətləri yaxınlaşdırmaqdır. Mədəni, sosial, ədəbiyyat, incəəsənət və idman sahələrində əlaqələrin qurulmasına, Azərbaycanın yaxından tanıdılmasına çalışacağıq. Uzun illərdir mən idmanın içindəyəm. Belə düşünürəm ki, ədəbiyyat, insəcənət və idman toplumları bir-birinə yaxınlaşdırmaq üçün daha yaxşı vasitədir. Çünki bəzi durumlarda idman və insəsənətlə siyasi münasibətlərin önünə keçmək mümkündür. Siyasi münasibətlər olan yerdə ardıcıl olaraq qarşıdurmalar yaşanır. Ancaq idmanda və sənət sahələrində sosiallaşma və dialoqa daha yaxın olmaq mümkündür. Məsələn, indi Azərbaycanda Avropa Olimpiya oyunları təşkil edilir. Buraya minlərlə idmançı, minlərlə jurnalist gələcək. Azərbaycan dünyaya açılacaq. Bəziləri bəlkə də bu barədə başqa cür düşünür, amma mənə görə Azərbaycan xalqı, hökuməti bununla qürur duymalıdır. Çünki önəmli bir kimliyə imza atılır. Azərbaycan cəmiyyəti, siyasəti, əlaqələri üçün önəmli bir tədbirdir. Başqa sözlə, əlaqələrin qurulması üçün idman da çox önəmlidir.

Siz bu tədbirlərdə iştirak edəcəksiz?

Mən açılışa qatılacam və bağlanış mərasimində iştirak edəcəm. Çünki bəzi işlərim var, ona görə geri dönməliyəm. Amma televiziya qrupumuz sonadək izləyəcək.

İtaliyada Azərbaycanı necə tanıyırlar?
Azərbaycandan fərqli olaraq İtaliya-Türkiyə əlaqələri çox qədimdən başlayıb. İtaliya indi Avropada güclü iqtisadiyyata və ticarətə malik olan 5-ci ölkə sayılır. Azərbaycanın son illərdə inkişafının genişlənməsi, Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın bu ölkəyə ardıcıl səfərləri, əlaqələrin inkişaf etdirilməsi iki ölkənin yaxınlaşmasına xeyli təkan olub. Ona görə də əlaqələr yaxşı istiqamətdə qurulur və inkişaf etdirilir. İtaliyanın Azərbaycana yaxınlaşması bizim üçün önəmlidir. İtalyan xalqının Azərbaycan və Türkiyəyə böyük bir rəğbəti var. Ağ dəniz ölkəsi olduğu üçün özlərini Türkiyəyə yaxınlıq hiss edirlər. Məncə Azərbaycanla da münasibətlər inkişaf edəcək.

Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tanıdılması işlərinə yerdədir?

Bu faciə, qətliam heç bir şəkildə qəbul edilməz. Biz Xocalı faciəsinin müdafiə edərkən digərlərini qəbul edib müdafiə etmirik. Soyqırımların heç biri qəbuledilməzdir. Orada bir azərbaycanlı məsləkdaşımız yoxdu. Amma Azərbaycan və türk toplumları bir-birinə yaxın olduğu üçün mən özümü İtaliyada bir elçi vəzifəsində görürəm. Və Azərbaycanın hər formada bu məsələlərdə haqq səsini, faciələrini italyan mediasında və xarici mediada işıqlandırmağa çalışıram. Bu soyqırımları dilə gətirərək deyirəm ki, ermənilərin bu lobbisi qəbul edilməz. Çünki onlar bir tərəfdən Türkiyəni günahlandırırlar, amma digər tərəfdən həyata keçirdikləri Xocalı soyqırımı qəbul etmirlər. Ermənilər özləri üçün bir vicdan analizi etməlidirlər. Ondan sonra bir başqasını günahlandıra bilərlər. Onlan öncə Xocalı soyqırımına görə özləri Azərbaycan xalqından üzr istəməlidirlər. Sonrasına isə tarixçilərin gözü ilə baxıla bilər. Məncə, bu bir az vaxt aparacaq, amma həyata keçirilməsi çox vacibdir.


Bizimxeber.az

12.05.2015 11:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*