Azərbaycanca

31 Mart soyqırımı şahidlərin ifadələrində

31.03.2014 | 13:00

1396256277_31-mart-soyqirim1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti xeyli gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan rus əsgərləri vətənlərinə getmək əvəzinə Bakıda saxlanıldı. Həmin əsgərlərin Bakıda saxlanılmasında Şaumyan xüsusi fəallıq göstərirdi. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmləndi. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla bolşevik qüvvələri, erməni milli şurası və “Daşnaksütyun” rəhbərləri Azərbaycanın milli-demokratik qüvvələrinə qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.

 

Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Azğınlaşmış erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı ən amansız üsullara əl atırdılar. Fövqəladə təhqiqat komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

 

Təhqiqat komissiyasının sənədlərinə əsasən, məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

 

Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak talanmış, bir çox ziyarətgahları və tarixi abidələri dağıdaraq yerlə-yeksan etmişdilər.

 

Fövqəladə istintaq komissiyasının üzvü, təcrübəli hüquqşünas А.Е. Kluge “Bakı şəhəri müsəlman əhalisi üzərində zorakılıqlarda Bağlı” məruzəsində yazır: ” Müsəlman evlərinə soxularaq, ermənilər bütün qiymətli əmlakı oradan götürüb, qalan şeyləri dəyişdirdilər və oda bir hissəsi onların etdilər. Hacı Zeynal Abdin Tağıyevin ev istisna olmaqla, şəhərin aşağı hissəsində müsəlmanlara məxsus talan olunmayan mənzillər qalmayıb. Ümumiyyətlə Bakı şəhərinin müsəlman əhalisinə zərər azı köhnə qiymətlə 400.000.000 rubl məbləğində  dəyib”.

 

Azərbaycan hökuməti yanında Fövqəladə təhqiqat komissiyasının üzvü A. Novatski, Şamaxının müsəlman əhalisi üzərində törədilən zorakılıqlarda və şəhərin dağıdılması haqqında məruzəsində yazırdı: “Rast gəldiyimiz hər yerdə dinc əhalinin qətlləri və talanları ilə qarşılaşırdıq. Yandırılan evlər, insanların ahu-naləsi, vəhişicəsinə öldürülənlərin üzərindəki əzablar hər bir addımdan bir idi. Küçələrdə döşləri kəsilən, zoraklılığa məruz qalaraq öldürülən qadınlara gördükcə ermənilərin vəhşiliyinin şahidi olurduq. Ən çox bizi payalara keçirilən uşaq meyidlərinin çox olması üzürdü.”

 

Azərbaycan hökuməti yanında Fövqəladə təhqiqat komissiyasının hesabatında yazılır: ” Axund Molla Cəfər Qulu təxminən 400 qadın və uşaqlarla məsciddə gizləndilər. Ermənilər məscidə soxulub və onların hamısını qırdılar. Axunda olmazın  əzab veriblər, onun dişləri sındırılıb, saqqalını dartıb çıxartdılar, dilini, qulaqlarını və burnunu kəsiblər”. Arzumanyan, Doliyan, Petrosyan, Karapetyan və  S.Lalayevin (Lalayanın) dəstələri Şamaxıda bütün məscidi əhatə etməyi əmr etdi. Ermənilər bu məscidi yandırıblar və burdan qaçmağa cəhd edənlərin hamısını öldürüblər”

 

Azərbaycan hökuməti yanında Fövqəladə təhqiqat komissiyasının üzvü A. Novatski yazır: “Əsgərlər Qubada ağsaqqallara onlar üçün müsəlman qadın gətirməklərini əmr etdilər. Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu bu əmri yerinə yetirməkdən imtina etdiyinə görə onu və oğlunun ilk olaraq gözlərin çıxardılar və sonra süngülərlə öldürdülər. Qəzəblənən əgərlər iki min insanı öldürdülər və onlarla müsəlman qadını zorladılar”

 

Bakıda yaşayan yəhudi əsilli A.N.Kvasnik yazır:  “Mən,       Aleksandr  Naumoviç Kvasnik, Bakı şəhərində, Kilsə küçəsi ev № 138-də yaşayıram, yəhudiyəm, həddi-büluğa çatmışam. Bakı şəhərində 1918-ci il martın 17-dən 21-dək (köhnə təqvimlə) olanlar barəsində aşağıdakıları deyə bilərəm. Bakı şəhərində bu il “Əvvəlcə Bakı, sonra isə əyalətlərdə müsəlmanları fiziki məhv etmək,         əmlaklarını  ələ     keçirmək     və təbii olaraq “onların         bütün           var-dövləti və siyasi üstünlüyünün”  ermənilərə keçməsi məqsədi ilə erməni əhalisinin müsəlman əhaliyə        qarşı  qanlı  sui-qəsdi” adlandırmaq olar. Hər halda əvvəlki     hadisələr(1905-1906-cı       illər)  ermənilərin qaniçənliyi,  məkri və     xəyanətindən     başqa    heç    bir digər səbəbdən yaranmayan indiki hadisələr qarşısında sönürlər.

Səhərdən         mən         azacıq         açıq         olan pəncərədən küçədə baş verən hadisələri         müşayiət edirdim.

Tatarların (azərbaycanlıların)  bir qrupu onların üzərinə hücum çəkən düşmənlərlə çox pis atışırdı. Bu bolşevik dəstələrində müharibənin bütün qanunları ilə hücum digər əhali, əsasən müsəlmanlar sözün tam mənasında acından küçələrdə öləndə, bütün erməni məhəllə və küçələrində təndirxanalardan evə böyük çörəklər daşınırdı… Ölülərdən paltarları və daş-qaşları çıxarır, cəsədləri təhqir edərək xəncərlə doğrayır, içalatlarını çıxarır, tanınmaz hala salırdılar. Bütün küçə və dalanlarda cəsədlər qalaqlanıb qalmışdı, ölüm və dəhşət hər tərəfdə hökm sürürdü… “Daşnaksutyun” partiyası isə bu qanlı sui-qəsdin iplərini tutaraq ona rəhbərlik edirdi. O, qərargahlar yaratmışdı, orderlər verir və talanmış mallarla dolu olan çoxsaylı avtomobilləri anbarlarda boşaldırdı. Bir rus əsgəri mənə bunları söyləmişdi: “Onlar bütöv kəndləri yandırır, dinc müsəlmanları öldürür, heç bir ehtiyac olmadan mal-qaranı kəsirlər ki, bu da infeksion xəstəliklər yayır. Biz bunun qarşısını ala bilmirik, çünki onlar 95 %, hətta daha çox təşkil edirlər. Bunlar insan deyil, qan və qənimət arzulayan heyvanlardılar. Kiçik, lakin ciddi müqavimətlə üzləşəndə onlar qorxaq kimi qaçırlar”.

 

Şahid yəhudi əsilli Bakı sakini Maks Borisoviç Manaseviçin yazıları: Mənim 57 yaşım var, Bakıda, “Metropol”       mehmanxanasında         yaşayıram. Həmin gün biz pəncərədən baxırdıq ki, tüfənglə silahlanmış və hərbi paltar geymiş          ermənilər     evlərin divarlarının çıxıntıları arxasında gizlənərək və tüfənglərdən küçə boyunca atəşaçaraq yavaş-yavaş Nikolayev küçəsi ilə üzü yuxarı qalxırdılar. Bu zaman “Qrand otel” mehmanxanasının damında yerləşdirilmiş pulemyot bütün Nikolayev küçəsini atəş altında saxlayırdı. Üçüncü və ya dördüncü gün başda  Yeqişe         adlı    birisi  olmaqla daşnaksakanlar          mehmanxanaya          soxuldu       və      binanı “Daşnaksutyun” partiyasının qərargahı üçün tutdu…”

 

Digər şahid, Yuda Abramoviç Belenkinin dediklərindən: “(“43 yaş, yəhudiyəm, Bakıda, Yuxarı Priyutski küçəsində, ev № 97-də yaşayıram. Mən gördüm ki, bizim yanımızda, Melniçni küçəsi və Qluxoy dalanının tinində ermənilər 11 müsəlmanı güllələdilər… Müsəlmanları söyüb güllələyənlər, əsasən, erməni əsgərləri idi.”

Mart soyqrımı nəticəsində külli-miqdarda zərər görən Yankel Samuileviç yazır: “Mənim kirayə verdiyim evdə Əli Əliyev adlı azərbaycanlı ailəsi ilə yaşayırdı. Evə daxil olan ermənilər qardaşları ilə birgə onu vəhşicəsinə öldürüb, qadınları isə əsir apardılar. Evdə olan əşyaları talan etdilər. Qatil Martiros Xamaturyan idi. Onu polis tutsa da sonradan azad etdilər. ”

 

Həmin hadisələr zamanı ermənilər tərəfindən döyülən Pavel İvanoviç Koçetov yazır: “33 yaşım var. Bu günə qədər belə dəhşətlər görməmişdim.Küçədə məni döyən  5 erməni hamilə qadını tutub yerdə sürüdülər. Xəncərlərlə onun qarnını yardılar, körpəsin çıxardılar. Sonra başın kəsdilər. Bu günə qədər həmin mənzərəni unuda bilmirəm”

 

İran vətəndaşı olan iş adamı Ələkbər Tağı oğlu istintaqa verdiyi izahatda yazır:  “Dağıstan” mehmanxanasında 50 azərbaycanlını diri-diri yandırılmasını görüb dəhşətə düşdüm. Ermənilər orada yanan müsəlmanların qışqırıqlarından sonra yeddi nəfərin başın kəsdilər və məni ölümdən İran konsulluğuna qaçmağım xilas elədi. Amma bildiyimə görə, çoxlu iran vətəndaşları də ermənilərin güllələrinə tuş gəlib”.

 

31 mart tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. 1998-ci il martın 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmana əsasən, 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

 

 

 

Zaur Əliyev,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru.

 

 

“KarabakhİNFO.com”

 

 

31.03.2014 13:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*