Azərbaycanca

Dövlət Komissiyası beynəlxalq təşkilatları Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan tələb etməyə çağırıb

12.01.2017 | 10:20

14841602502285211733_1000x669

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi dairələrinə istinadla yayılmış məlumatlarda qarşı tərəf cəsədi qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir. Halbuki Ermənistanın da qoşulduğu və ondan irəli gələn tələblərin yerinə yetirilməsini öhdəlik kimi üzərinə götürdüyü 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları cəsədlərin saxlanmasının hər hansı səbəbdən uzadılmasını qadağan edir.

Əvvəllər də belə hallara yol verildiyini və cəsədləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.

AZƏRTAC

12.01.2017 10:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*