Azərbaycanca

Horadizdə aprel qələbələrinin ildönümünə həsr olunmuş Zəfər yürüşü keçirilib

06.04.2017 | 16:50

horadizde-zefer-yurushu-06042017

Füzuli rayonunun Horadiz şəhərində aprel qələbələrinin ildönümünə həsr olunmuş Zəfər yürüşü keçirilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yürüş Horadizin Heydər Əliyev prospektindən başlayaraq Bayraq Meydanına qədər davam edib.

 

Yürüşdə Milli Məclisin sədr müavini Bahar Muradova, Ombudsman Elmira Suleymanova, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, yüksək rütbəli hərbçilər, yerli əhali iştirak edib. 

 

Apa.az

06.04.2017 16:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*