Azərbaycanca

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısında dəqiqləşdirmə yekunlaşmaq üzrədir

12.05.2017 | 15:19

karabakh_040809_1

Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir.

 

APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.

 

Məlumata əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir. Qeyd olunanlarla əlaqədar, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı üçün Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.

 

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14

Telefonlar: (012) 405-83-82
(012) 405-84-43
(012) 405-91-53
(012) 405-80-43

E-mail: info@human.gov.az

 

Apa.az

12.05.2017 15:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*