Azərbaycanca

Zaxarova: “Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər”

08.06.2017 | 13:53

mariya-zaxarova

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: “Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq”.

 

M. Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: “Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq”.

Apa.az

08.06.2017 13:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*