Azərbaycanca

6 erməni hərbçisini məhv edən gizir

04.08.2014 | 07:27

ganiraGizir Hüseynov Yaşar Əhəd oğlu! Bu gün Qospitalda onun əlini sıxmaqdan və tanımaqdan qürur duydum. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva öz facebook profilində yazıb.

 

Millət vəkili fikirlərini bu cür ifadə edib: “Belə oğullarla hamımız fəxr etməliyik.Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına,ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız.Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmana baxmayaraq sənin cəsarətin, ağrılara belə əyilməmən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə demən gözümün qarşısından getmir. İnanırıq ki,sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın.Bütün dualarımız səninlə.İnşallah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan.Yaşar qardaşımızdan dualarınızı əksik etməyin”.

 

“KarabakhİNFO.com”

04.08.2014 07:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*