Azərbaycanca

A.Manukyan: “Korrupsiya və monopoliyalar Ermənistan iqtisadiyyatı və idarəetmə sisteminin ən böyük bədbəxtçiliyi olaraq qalır”

22.10.2014 | 12:24

g_image“Korrupsiya və monopoliyalar Ermənistan iqtisadiyyatı və idarəetmə sisteminin ən böyük bədbəxtçiliyi olaraq qalır. Erməni və beynəlxalq təşkilatlar da bunu təsdiq edirlər” – bu fikirləri Erməni Milli Konqresi (ANC) parlament qrupunun katibi Aram Manukyan bildirib.

 
Manukyan Ermənistan Parlamentinə 3 siyasi partiya tərəfindən hazırlanmış layihə təklifini də təqdim edib. Üç qeyri-koalisiya qüvvəsi tərəfindən təklif edilmiş bu layihə parlementariların əksəriyyəti tərəfindən rədd edilib.

 
“Nəticədə, 213 000-dən çox insan son dörd ildə Ermənistandan mühacirət edib. Bu “təşşəbbüslər” siyasəti Ermənistanın beynəlxalq arenada nüfuzuna zərbə vurur və beynəlxalq təşkilatlar “Dağlıq Qarabağ”ın mövqeyini zəiflədən qərarlar qəbul edir” – deyə Makukyan bu fikirləri əlavə edib.

 

 

Fərid Əliyev
“KarabakhİNFO.com”

 

 

22.10.2014 12:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*