Azərbaycanca

Abdulla Gül: İkili standartlar Cənubi Qafqazda sülhə nail olmağa maneədir

28.04.2015 | 14:16

Abdullah_Gul_181012_2

İkili standartlar tətbiq olunduğuna görə, Cənubi Qafqazda sülhə nail olmaq çətinləşib.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi və danışıqların nəticəsizliyi bir daha onu göstərir ki, dünya ictimaiyyəti Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasında ikili standartlar tətbiq edir.

A.Gül daha sonra deyib ki, Türkiyə və Azərbaycan bir-birinin uğurları ilə fəxr edirlər, çünki ölkələr “Bir millət – iki dövlət” prinsipinə sadiqdirlər.

Onun sözlərinə əsasən, Azərbaycanda III Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi ölkənin inkişaf səviyyəsinin göstəricisidir.

A.Gül qeyd edib ki, Bakıda bu forumun keçirilməsi onun iştirakçılarının Azərbaycan haqqında daha çox şey öyrənmələrinə xidmət edir.

Trend.az

28.04.2015 14:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*