Azərbaycanca

Haqqımızda

AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnal – HƏDƏFİMİZ QARABAĞDIR

 

 

Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır, on minlərlə soydaşımız erməni terrorçuları tərəfindən qətlə yetirilib, əsir götürülüb və ömürlük şikəst edilib. İşğal altında olan torpaqlarımızda minillik tarixə malik milli, mədəni abidələrimiz yerlə-yeksan edilmişdir. Azərbaycan dövləti və cəmiyyəti bu ədalətsizliyi dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra vasitələrdən istifadə edir. Bu vasitələrdən biri də 2012-ci il aprel ayının 10-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə yaradılmış KarabakhİNFO.com (www.karabakhinfo.com) beynəlxalq elektron jurnalıdır. 2012-ci ilin sentyabr ayının əvvəllərindən internet məkanına daxil olan   KarabakhİNFO.com beynəlxalq elektron jurnalının yaradılmasında məqsəd Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, yerli və beynəlxalq ekspertlərin fikirlərini oxucularla paylaşmaqdır. Saytın  on dildə (Azərbaycan ,ingilis, erməni, alman, rus, türk, ispan, italiyan, fransız və ərəb) təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir.

 

İDEYA MÜƏLLİFİ 
Elxan SÜLEYMANOV
AVCİYA-nın prezidenti,
Millət vəkili

 

  E-mail: editor@karabakhinfo.com