Azərbaycanca

ABŞ Azərbaycana 9 minaaxtaran it hədiyyə edib

29.03.2015 | 15:10

police_dogs_1_by_kashadog

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaran itlər qrupunun cins itlər yetişdirmə məntəqəsində 2011-ci ilin əvvəllərindən bu günə kimi 30  küçük yetişdirib.

Bu barədə APA-ya ANAMA-nın baş mütəxəssisi Fikrət Əliyev məlumat verib.

F. Əliyev bildirib ki, hazırda ANAMA-nın minaaxtaran itlər qrupunda 29 əməliyyat iti, 10 təlimə cəlb olunan it, 2 damazlıq-malinua cinsli (Almaniya və Belçikada yetişdirilən) it mövcuddur. 2011-2014-cü illər ərzində yetişdirilən 32 itdən 12-si əməliyyat sahəsinə cəlb olunub, qalanları isə təlimdədir. Əməliyyat sahəsinə cəlb olunan itlər ANAMA tərəfindən aparılan  akkreditasiyadan keçib və əvvəlcə daxili keyfiyyətə, sonra isə minatəmizləmə əməliyyatlarına buraxılıb.

Fikrət Əliyev deyib ki, küçüklər doğulduğu gündən 4-6 aylığına qədər Göygöl təlim mərkəzində topla həvəsləndirmə və müəyyən qədər itaətkarlığa cəlb olunurlar: “6 aylığından 12 ayına qədər isə Füzuli regional bazasında ilkin təlimlərə cəlb edilirlər. Hazırda yetişdirilmiş küçüklərdən 12-si real mina sahəsində uğurla iştirak edir. 13 küçükdən 7-si testdən keçmək üçün hazırlıq mərhələsindədir. Qalan 6 küçükdən 4-ü təlimə cəlb olunub, Rita və Layman ləqəbli küçüklər damazlıq üçün Göygöl bazasında saxlanılır”.

F. Əliyev bu günlərdə ABŞ-ın Marşal Leqasi İnstitutu tərəfindən ANAMA-ya 9 itin hədiyyə edildiyini söyləyib: “İtlər Əfqanıstanın Kabul şəhərində yerləşən MDC (Mine Dog Centre) təlim mərkəzində saxlanılırdı. ANAMA əməkdaşları Ramazan Heydərov və mən martın 7-dən 17-nə qədər Əfqanıstanda səfərdə olduq və  15 it arasında qiymətləndirmə aparıb 9 baş iti seçərək ölkəmizə gətirdik”.

29.03.2015 15:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*