Azərbaycanca

ABŞ-dan Bakıya hərbi dəstək

28.03.2015 | 10:57

s00972239

ABŞ Senatında yeni qanun layihəsi son oxunuşda qəbul edilib.

Məlumata görə, qanun layihəsində ölkə prezidentinə bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulub.

Layihədə bildirilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək və bu ölkələrin təhlükəsizliyini təmin edəcək.

Bundan başqa ABŞ Ukraynaya NATO-ya üzv olmadan müttəfiq statusu verib. Ukraynadan başqa Gürcüstan və Moldova da ABŞ-ın müttəfiqləridir. Bu isə o deməkdir ki, bu ölkələr hücuma məruz qalarsa, ABŞ qoşunları müdaxilə edə bilər./anspress/

28.03.2015 10:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*