Azərbaycanca

ABŞ Dövlət Departamenti Qarabağ separatçılarına azərbaycanlı girovların qaytarılması ilə bağlı çağırış etdiyini təsdiqləyib

28.02.2015 | 18:54

 

446630d83897edd76ed86e6ca4c258a4

ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik vasitəsi ilə Dağlıq Qarabağ separatçılarına iki azərbaycanlı girovun qaytarılması ilə bağlı çağırış etdiyini bir daha təsdiqləyib

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının APA-ya istinadən məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki Ermənistan xarici işlər naziri Edvard Nalbadyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin girovların geri qaytarılması ilə bağlı müraciət etmədikləri ilə bağlı açıqlamasına belə münasibət bildirib: “Mən bu çağırışı burada mətbuat konfransında etmişəm. Bu isə Dövlət Departamentinin, həmçinin bütün yüksək çinli şəxslərin mövqeyini əks etdirir”.

 

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.

“Bundan əvvəl biz ABŞ-ın Minsk qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycana qaytarılmasını dəstəkləmişik.

Ümumilikdə keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılması məsələsində yollar tapıblar, bu kimi hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib”, – deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib. Dağlıq Qarabağdakı separatçı rejim isə C. Psakinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı çağırışına məhəl qoymayacağını açıqlayıb. Öz növbəsində Ermənistan xarici işlər naziri Edvar Nalbadyan ATƏT-in Minsk qrupunun heç bir həmsədrindən belə bir çağırış almadığını deyib.  Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşmən tərəfdən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

28.02.2015 18:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*