Azərbaycanca

ABŞ Dövlət Departamenti: Son insident Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağın zəruriliyini bir daha göstərir

25.11.2014 | 11:12

Dovlat departamenti 121011“Biz, əlbəttə ki, 12 Noyabr tarixində vurulan helikopterin ekipajının – həlak olmuş 3 pilotun cəsədlərinin çıxarılması üzrə əməliyyatları izləyirik”. APA-nın xəbərinə görə, bunu keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratke deyib.

 

C. Ratke bildirib ki, bu insident və onun nəticələri bir daha Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmağın nə qədər zəruri olduğunu göstərir: “Biz tərəfləri təmkin nümayiş etdirməyə, vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırırıq. Biz həm də tərəfləri öz diqqətlərini sülh danışıqları üzərində cəmləşdirməyə çağırırıq. Həmsədr ölkə kimi ABŞ tərəflərə kömək etməyə hazırdır”.

 

“KarabakhİNFO.com”

 

 

25.11.2014 11:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*