Azərbaycanca

ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası növbəti dəfə Xocalı qətliamına dair bəyanat qəbul etdi

22.05.2015 | 10:01

xojali_220515

Konnektikut ştatı Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı bəyanat qəbul edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən xəbərə görə, bəyanatda 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat vəbir sıra dövlət Hökumətləri, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunur.

Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), Palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülmüş, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiq edilmişdir.

Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair Bəyanat qəbul edir.

Trend.az

22.05.2015 10:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*