Azərbaycanca

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb

28.02.2017 | 10:34

nevada-governor-on-khojaly

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, bəyanat Nevada ştatının qubernatoru Brayən Sandoval tərəfindən imzalanıb. Sənəddə onun “Xocalını Anma Günü” münasibətilə imzalandığı bildirilir.

 

Baş Konsulluğa göndərilmiş bəyanatda, Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır.

 

Qeyd edək ki, bu bəyanat, Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir.

 

 

Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

 

Apa.az

28.02.2017 10:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*