Azərbaycanca

ABŞ-ın Nyu Meksiko ştatında Xocalı soyqırımı tanındı

24.02.2015 | 11:52

84456

Bu, qubernator tərəfindən soyqırımının tanınması ilə bağlı ilk sənəddir

 

 

 

 

 

 

 

Nyu Meksiko qubernatorundan Xocalı məktubu. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  ANS PRESS-ə  istinadən  məlumatına  görə, ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.

 

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş məktubda, Qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

 

 

Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.

 

 

Qeyd edək ki, bu, Nyu Meksiko Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

 

24.02.2015 11:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*