Azərbaycanca

ABŞ-ın Stanford Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

19.02.2015 | 11:25

14243207264797751519_750x500Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Stanford Universitetində Xocalı soyqırımına həsr edilən anma tədbiri keçirilib

 

 

 

 

14243207264481113819_750x500

Universitetdə təhsil alan azərbaycanlı tələbələr Cəfər Cəfərov və Yasmin Bəşirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim-tələbə kollektivi, Kaliforniya ştatının şimal şəhərlərindəki Azərbaycan icmasının və ölkəmizə dost olan digər icmaların nümayəndələri iştirak ediblər.

 

 

 

14243207262125745163_750x500AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı tədbirdə çıxış edərək Sovet İttifaqının son illərində erməni ekstremizminin yaratdığı etnik qarşıdurma vəziyyətindən və bunun nəticəsində regiona yayılan hərbi-siyasi böhrandan, daha sonra bu böhranın Ermənistan tərəfindən sistemli şəkildə Azərbaycana qarşı aparılan zorakılıq və işğalçılıq siyasətinə çevrilməsindən bəhs edib. O, həmçinin erməni ekstremistlərinin Xocalının işğalı ərəfəsində fevralın 10-12-də Malıbəyli və Quşçular, fevralın 17-də isə Qaradağlı kəndlərini işğal etməsi və bu kəndlərdə Azərbaycan əhalisi üzərində qətliam törətməsi barədə danışıb. Qeyd edilib ki, Xocalı erməni işğalçıları üçün strateji əhəmiyyət daşısa da, onların əsas məqsədi yerli əhali üzərində qırğın törətməklə Azərbaycan xalqı arasında vahimə yaratmaq idi.

 

 

 

Baş verən bütün dəhşətli hadisələrin canlı şahidi olduğunu bildirən Xocalı sakini Anar Usubov bu soyqırımı zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında ən ali bəşəri dəyərlərə ağır zərbələr vurulduğunu, çox sayda günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini söyləyib, öz kədərli xatirələrini bölüşüb. A.Usubovun foto-faktlar əsasında bəhs etdiyi xatirələrdən dərin şəkildə təsirlənən tədbir iştirakçıları müxtəlif suallar ətrafında fikir mübadiləsi aparıblar.

 

 

Tədbirin sonunda Xocalı soyqırımı zamanı törədilmiş ağır cinayətləri və faciə qurbanlarının iztirablarını əks etdirən sənədli film göstərilib.

 

 

 

 

 

 

AzərTAc

 

 

19.02.2015 11:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*