Azərbaycanca

ABŞ konqresmeni: “İtirilən torpaqlara göz yumacağıq?”

01.07.2014 | 17:19

1404220642_benjamin-kardinABŞ-ın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müavini, konqresmen Bencamin Kardin (Benjamin Cardin) təşkilatın Bakıda keçirilən 23-cü yay sessiyasının plenar iclasında dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. B. Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb.

Nüfuzlu amerikan konqresmen bildirib ki, bu gün region dondurulmuş münaqişələrdən inildəyir: “Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna. Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz Minsk Qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?”

“KarabakhİNFO.com”

 

01.07.2014 17:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*