Azərbaycanca

ABŞ konqresmeni Stiv Kohen Xocalı faciəsi ilə bağlı bəyanat verib http://azertag.az/xeber/837817

10.03.2015 | 09:54

скачанные файлы

Vaşinqton, 10 mart, AZƏRTAC
ABŞ konqresmeni Stiv Kohen Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib. Konqresmen 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 600-dən çox mülki şəxsin qətlə yetirildiyini bildirib.
S.Kohen atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.
Stiv Kohen Azərbaycanın çox çətin qonşuluqda təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini xüsusi vurğulayıb.
Konqresmen bəyanatında Azərbaycanın aparıcı rol oynadığı “Cənub” qaz dəhlizinin inşasının Avropa üçün önəmli alternativ təşkil edəcəyini bildirib. Habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini qeyd edib.
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri olan Stiv Kohen dünya azərbaycanlıların Xocalı faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda ABŞ-ın münaqişənin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.

http://azertag.az/xeber/837817

10.03.2015 09:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*