Azərbaycanca

ABŞ Konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

28.02.2015 | 17:52

trend_congress_usa_240212_2

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində bəyanatla çıxış edib

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının Trend-ə istinadən verdiyi  məlumata görə, o, 1992-ci il 26 fevral tarixində 613 nəfərin Azərbaycan torpağı olan Xocalıda qətlə yetirildiyini bildirib. Konqresmen öz bəyanatında Konqres üzvlərini Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.

 

Eyni zamanda, D.Peyn öz bəyanatında Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

 

“KarabakhİNFO.com”

28.02.2015 17:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*