Azərbaycanca

ABŞ rəsmisi ermənilərin girov götürdükləri Azərbaycan vətəndaşlarına “məhkəmə” keçirmələri barədə sualı cavablandırmaqdan imtina edib

29.10.2014 | 10:05

psakiABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

 

 

APA-nın Rusiyanın Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, C. Psaki bununla bağlı sualı şərh etmək istəməyib: “Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.

 

 

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma “ məhkəmə prosesi” “keçirirlər”.

 

“KarabakhİNFO.com”

 

 

29.10.2014 10:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*