Azərbaycanca

ABŞ təmas xəttində gərginliyin artmasından narahatdır

02.08.2014 | 06:26

0692401d602767bc0fbbc2fce495c4fc“KarabakhİNFO.com”  beynəlxalq elektron jurnalının APA -ya istinadən məlumatına görə, ABŞ  Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda görüşməyə çağırıb.

 

ABŞ iyulun 31-də təmas xəttində itkilərin əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılığın kəskinləşməsindən narahatlığını ifadə edib.

 

 

“Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyi dərhal azaltmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, sülh yolu ilə həllin əldə edilməsini daha da çətinləşdirəcək”, – deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

 

 

ABŞ Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər ətrafında dialoqu davam etdirmək üçün tez bir zamanda görüşməyə çağırıb. “Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin sülh razılaşmasının əldə edilməsinə yardımçı ola biləcək danışıqlar prosesinə başlanılmasına dair təklifini qəbul etməyə çağırırıq. Biz Minsk Qrupu prosesini dəstəkləyirik və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırıq”, – deyə Dövlət Departamentinin məlumatında qeyd olunur.

 

 

 

 

“KarabakhİNFO.com”

02.08.2014 06:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*