ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus döyüş helikopterinin vurulması ilə nəticələnən insidentə münasibət bildirib. Qurumun sözçüsü Cennifer Psaki hadisəni belə şərh edib: “Son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərimizi ikiqat artırmağın, o cümlədən gərginliyi azaltmağın və atəşkəs rejiminə riyaət etməyin zəruriliyinə dair daha bir xatırlatma oldu”.
ATƏT-in Baş katibi Lamberto Zaniyer isə deyib ki, ATƏT Dağlıq Qarabağda helikopterin vurulması ətrafındakı hadisələrdən narahatdır: “ATƏT hesab edir ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər. Biz Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq. Bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər”.
“KarabakhİNFO.com”